12px13px15px17px
Tarix:08/04/20

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunun lideridir

Azərbaycan internetin nüfuz səviyyəsinə görə Cənubi Qafqaz və Orta Asiya regionunda lider mövqeyində qərarlaşıb.  

Bu barədə Beynəlxalq Statistika Təşkilatının (Internet World Stats - IWS) dərc etdiyi qlobal şəbəkə istifadəçilərinin sayına dair hesabatda deyilir.

Hesabata qeyd edilib ki, Azərbaycanda internet istifadəçilərinin sayı 8 milyona yaxındır.

“APA-Economics”in məlumatına görə, əhali arasında internetin yayılması baxımından Cənubi Qafqaz və Orta Asiya ölkələri arasında Azərbaycan Gürcüstanı, Ermənistanı, Qazaxıstanı, Özbəkistanı, Qırğızıstanı, Tacikistanı və Türkmənistanı qabaqlayır.

Qeyd edək ki, hesabata görə, dünyadakı bütün internet istifadəçilərinin 55,1 faizi Asiya ölkələrinin payına düşür.



Baxış sayı: 2830

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Mart 2024

18 03 2024