12px13px15px17px
Tarix:16/04/20

Gələcəyin astronavtı kosmik əlcəyin köməyilə dronları idarə edə biləcək

Avropa Kosmik Agentliyi (ESA) gələcək astronavtların skafandrı üçün yeni əlcək konsepsiyasını təqdim edib. Əlcəyin dizaynı Fransanın “Comex” şirkəti və dizayner Aqata Medioni tərəfindən birgə hazırlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, xatırladaq ki, skafandrın tarixi təxminən 100 ili əhatə edir, bu halda əlcək onun ən mürəkkəb komponentlərindən biridir, çünki o, eyni anda həm davamlı, həm də funksional (müxtəlif əməliyyatların icrası prosesində əllərin kifayət qədər hərəkətliliyini təmin etməlidir) olmalıdır.

 

Təəssüf ki, müasir kosmik əlcəklər mükəmməllikdən uzaqdır. Məsələn, Amerika versiyası biçimsizdir, barmaqların ucunu dondurur, hətta bəzən astronavtlara xəsarət yetirir.

 

ESA tərəfindən təqdim olunmuş əlcəklər əlləri kosmik soyuq və vakuumdan qorumaqdan başqa digər funksiyalara da malikdir. Məsələn, bu əlcəklər jestlərin köməyi ilə Mars dronunu idarə etmək üçün istifadə edilə bilər. Yaxud cisimlərə olan məsafəni ölçmək üçün daxili lazer şüasından istifadə edə bilər.

 

Nəhayət, yeni əlcəklərdə oksigenin səviyyəsini göstərən displey quraşdırılıb.

 

Yeni əlcəklərin materialı 120-dən 170 selsi dərəcəyədək temperatur dəyişikliyinə dayanıqlıdır, astronavtlar üçün rahat və təhlükəsiz iş şəraitini təmin edir.

 

Emil Hüseynov





Baxış sayı: 596

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024