12px13px15px17px
Tarix:25/04/20

“ASUS ProArt PA32UCX-P” monitoru “Mini LED” texnologiyası üzrə hazırlanıb

"ASUS" şirkəti 3840 × 2160 piksel (4К formatı) təsvir ölçüsünə malik və "HDR10" standartı dəstəkli "ProArt PA32UCX-P" monitorunu təqdim edib. Yeni qurğu yüksəkkeyfiyyətli materiallarla işləyən kontent yaradıcıları üçün nəzərdə tutulub.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, panelin əsasını 32 düym diaqonallı "IPS" matrisası təşkil edir. Monitorda mikroskopik işıq diodları əsasında "Mini LED" işıqlandırma texnologiyası istifadə edilir. Panel 1152 ayrıca idarə olunan arxa işıqlandırma zonası ilə təchiz edilib.

 

Pik parlaqlıq 1200 kandel kvadratmetr, kontrastlıq 1000:1 (tip) və ya 1 000 000:1 (HDR) təşkil edir. Matrisanın reaksiya vaxtı 5 millisaniyə, horizontal və vertikal üzrə baxış bucağı 170 dərəcəyə bərabərdir.

 

Qurğu "Thunderbolt 3 USB-C" (×2), "HDMI 2.0b" (×3), "DisplayPort 1.2", "USB 3.0 Type-A" konsentratı (üç port) və 3,5 millimetrlik audioçıxışa, eləcə də 3 vatlıq sterofonik dinamiklərə malikdir.

 

Altlıq ekranın əyilmə və dönməsini tənzimləməyə, eləcə də stolun səthinə nisbətdə hündürlüyü dəyişməyə imkan verir.

 

"ASUS ProArt PA32UCX-P" monitorunun təxmini qiyməti barədə məlumat verilmir.

 

Nizam Nuriyev





Baxış sayı: 1769

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024