12px13px15px17px
Tarix:01/05/20

Aprelin ən məhsuldar “Android” smartfonları açıqlanıb

Populyar “Master Lu” test proqramının yaradıcıları bu yaxınlarda buraxılan smartfonların məhsuldarlıq reytinqini dərc ediblər. Siyahıya aprelin 1-30-da satışa çıxarılan modellər daxildir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, apreldə müxtəlif istifadəçilər tərəfindən ümumilikdə 17 yeni smartfon modeli buraxılıb. Lakin birinci yeri qabaqcıl “Honor” və ya “OnePlus” yox, nəticəsi 522110 bal təşkil edən “Oppo Ace2” smartfonu tutub. İkinci pillədə “iQOO Neo3” qərarlaşıb.

 

Sonrakı mövqelərdə müvafiq olaraq üçüncü və dördüncü yerləri tutan “OnePlus 8 Pro” və “OnePlus 8” yer alıb. İlk dörd mövqeyə birkristallı “Qualcomm Snapdragon 865” sistemi üzərində qurulan smartfonlar sahib çıxıb. Aşağı pillələrdə “Kirin 990 5G” və “Kirin 985” mobil platformalarının quraşdırıldığı “Huawei” və “Honor” modelləri yer alıb.

 

“Honor 30 Pro ” beşinci pillədə qərarlaşıb. Altıncı yerə “Huawei P40 Pro”, “Huawei P40”, “Honor 30” və “Huawei nova7 Pro” modellərini qabaqlayan “Honoe 30 Pro” smartfonu sahib çıxıb.

 

Nizam Nuriyev





Baxış sayı: 515

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024