12px13px15px17px
Tarix:20/05/20

“LG Stylo 6” smartfonu təqdim edilib

“LG” şirkətinin smartfonlar çeşidinə “Stylo 6” adlı orta qiymət seqmentinə aid yeni model əlavə edilib. Yenilik elektron qələm və onu korpusda saxlamaq üçün bölmə ilə təchiz edilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Full HD təsvir ölçülü 6,8 düymlük ekrana malik smartfon 2,3 QHs takt tezlikli 8 nüvəli “MediaTek Helio P35” prosessoru ilə təchiz edilib. Aparatın əməli yaddaş tutumu 3 QB, daxili yaddaş tutumu isə 64 QB (“microSD” yaddaş kartının köməyi ilə artırmaq olur) təşkil edir.

 

Yeni aparat sürətli enerjidoldurma texnologiyasına malik 4000 milliamper/saat tutumunda akkumulyatora malikdir. Korpusun arxa tərəfində əsas kameranın üç sensoru (13 mp-lik əsas, genişbucaqlı linzaya malik köməkçi və dərinlik sensorları) yerləşdirilib. 13 mp-lik ön kameraya malikdir. “Google Assistant” səsli köməkçisinin aktivləşdirilməsi üçün korpusun kənar tərəfində xüsusi aparat düyməsi nəzərdə tutulub.

 

Biometrik autentifikasiya üsulu kimi arxa qapaqda yerləşdirilmiş barmaq izləri skanerindən istifadə olunur. Smartfon “Android 10” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

“LG Stylo 6” smartfonunun qiyməti 219 dollar təşkil edir.

 

Emil Hüseynov





Baxış sayı: 396

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2020

21 09 2020

21/09/20
Ucuz “LG K42” smartfonu təqdim edilib

“LG” şirkəti “LG K42” adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizay

21/09/20
“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar

21/09/20
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nü

21/09/20
“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyas

21/09/20
Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilm

21/09/20
Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib

BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.

21/09/20
Kompüter virusu insan ölümünə səbəb olub

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı

21/09/20
Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dolla

21/09/20
“Microsoft” korporasiyası “Windows 10” sisteminə "Zoom”un rəqibini quraşdıracaq

Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir