12px13px15px17px
Tarix:02/06/20

“ZTE” şirkəti ucuz “5G” smartfonunu təqdim edib

"ZTE" şirkəti "MediaTek Dimensity 800" çipseti ilə təchiz edilmiş ucuz "Axon 11 SE" "5G" smartfonunu təqdim edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "digger.ru" saytına istinadən yazır ki, "ZTE Axon 11 SE 5G" smartfonu 2340x1080 piksel təsvir ölçülü 6,53 düymlük IPS LCD displeylə təchiz edilib və sol yuxarı küncdə 16 mp-lik selfi-kamera üçün kəsik nəzərdə tutulub.

 

Arxa paneldə barmaq izləri skaneri və 4 kamera yerləşdirilib: 48 mp-lik əsas, 8 mp-lik super genişbucaqlı, 2 mp-lik makroobyektiv və 2 mp-lik dərinlik sensoru.

 

Akkumulyatorun tutumu 4000 milliamper/saat təşkil edir. Smartfon "MiFavor UI OS" interfeysli "Android 10" əməliyyat sisteminin idarəetməsi altında işləyir.

 

"ZTE" şirkətinin iddiasına görə, yeni smartfonun temperaturu, hətta "ağır" oyunlar zamanı 40 selsi dərəcəni ötməyəcək.

 

Emil Hüseynov





Baxış sayı: 576

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024