12px13px15px17px
Tarix:24/06/20

Çin “Beidou” naviqasiya sisteminin son peykini orbitə çıxarıb

Çin 1 həftəlik təxirə salmadan sonra “Beidou” naviqasiya sisteminin 55-ci peykini orbitə çıxarıb. Bu haqda Çin Mərkəzi Televiziyası məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, peykin buraxılışı "Çançjen-3-Bi" (ingilis dilində “Long March-3B”) raketdaşıyıcısının köməyi ilə Siçanq kosmodromundan həyata keçirilib.

 

Peykin buraxılışı Çin televiziyası ilə yayımlanıb. Yoxlamalardan sonra peyk öz işinə başlayacaq. Yeni peyk sistemin digər aparatları ilə birgə Çinə dünyada naviqasiya, mövqeyi təyinetmə və bir sıra başqa əməliyyatları həyata keçirməyə imkan verəcək.

 

Çin 2000-ci ildən etibarən kommersiya istifadəsi üçün öz qlobal naviqasiya sistemini yaradır. Çin mütəxəssisləri bildiriblər ki, indi orbitdə fəaliyyət göstərən 3 nəsil kosmik aparatlar (BDS-1, BDS-2 və BDS-3) dəqiq mövqeyi təyinetməyə imkan verir.

 

Emil Hüseynov





Baxış sayı: 538

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024