12px13px15px17px
Tarix:02/07/20

“Apple” tərtibatçıları yeni internet texnologiyalarından istifadəyə çağırır

"Apple" şirkəti "iOS" və "macOS" əməliyyat sistemləri üçün proqram tərtibatçılarını yeni internet texnologiyalarına üstünlük verməyə çağırıb. İyunun 22-26-da keçirilmiş "WWDC 2020" konfransında qısa təqdimat zamanı şirkət nümayəndələri tərtibatçıları "IPv6", "HTTP/2", "TLS 1.3" və "Multipatch TCP" kimi yeni texnologiya və protokollardan istifadəyə inandırmaq məqsədilə bir sıra daxili statistik məlumatları açıqlayıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "SecurityLab" resursuna istinadən yazır ki, "Apple" şirkətinin internet texnologiyaları üzrə mühəndisi Citen Mehtanın sözlərinə görə, "IPv6" protokolunun (İP protokolunun IPv4-dən sonrakı versiyası) populyarlığı tədricən artır. Məsələn, 2020-ci ilin mayında bütün qoşulmuş "Apple" qurğularının 26 faizi "IPv6" protokolunun payına düşüb. 20 faiz halda "IPv6" üzrə qoşulma mümkün olsa da, protokol serverdə qoşulmuş vəziyyətdə olmayıb.

 

"IPv6"dan istifadə zamanı orta qoşulma sürəti "IPv4" ilə müqayisədə 1,4 dəfə sürətli olur. Bu, əsasən "NAT" texnologiyasından az istifadə və marşrutlaşdırmanın daha da yaxşılaşdırılması sayəsində baş verir", – şirkət mühəndisi qeyd edib.

 

C.Mehtanın sözlərinə görə, 2020-ci ilin mayında "Safari" brauzerində bütün internet səhifələri yükləmələrinin 79 faizi "HTTP/2" protokolu vasitəsilə həyata keçirilib. Protokolun yeni versiyası səhifələrin yüklənilməsini "HTTP/1.1" ilə müqayisədə 1,8 dəfə daha sürətli təmin edir.

 

Şirkət nümayəndələri qeyd edir ki, hazırda "IPv6" və "HTTP/2" protokollarından üstün işləyən əlavələr yaratmaq əvvəlki vaxtlara nisbətən daha asandır – tərtibatçılara yalnız "Apple" şirkətinin proqram interfeys əlavələrinin (API) ən son şəbəkə versiyalarından istifadə etmək qalır.

 

Bundan başqa, "Apple" nümayişi payıza planlaşdırılan "macOS 11" və "iOS 14" əməliyyat sistemlərində "HTTP/3" protokolu dəstəyini sınaqdan keçirir. O, hazırda İnternet Mühəndis Şurasında (IETF) standartlaşdırmadan keçən "HTTP" protokolunun növbəti versiyasıdır.

 

Hazırda "HTTP/3" protokolu müvəqqəti avtomatik deaktiv edilib və "Apple" qurğularında yalnız eksperimental məqsədlər üçün tətbiq olunub. Protokoldan istifadə üçün tərtibatçılar və istifadəçilər onu əl üsulu ilə işə salmalıdırlar.

 

C.Mehta vurğulayıb ki, 2020-ci ilin mayında müasir "Apple" qurğularında bütün "HTTPS" qoşulmalarının 49 faizi "TLS 1.3" protokolundan istifadə edilməklə baş verib. "TLS 1.2" ilə müqayisədə protokolun yeni versiyası "HTTPS" qoşulmasını 1,3 dəfə daha tez quraşdırmağa imkan verir.

 

Nizam Nuriyev





Baxış sayı: 170

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Avqust 2020

14 08 2020

14/08/20
“Google Lookout” proqramı gözdən əlil insanlara məhsulları tanımağa və sənədləri oxumağa kömək edəcək

“Google” şirkəti ilk dəfə 2019-cu ildə zəif görənlər üçün “Lookout” mobil proqramını istifadəyə verib

14/08/20
“Google Fuchsia OS” sistemi sertifikasiyadan keçib

“Bluetooth” standartlarının hazırlanması və bu texnologiya ilə təchiz edilən qurğuların sertifikatlaşdırılması ilə məşğul olan 

14/08/20
“Vivo S1 Prime” smartfonu rəsmən təqdim edilib

“Vivo” şirkəti 48 mp-lik kamera və “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş yeni “S1 Prime” smartfonunu təqd

14/08/20
“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

“Strategy Analytics” şirkəti portativ kompüterlərə tələbatın kəskin artmasını açıqlayıb

14/08/20
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Ko

14/08/20
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdar edir

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması

14/08/20
Yeni “iPhone” smartfonlarının təqdimat tarixi açıqlanıb

“iPhone 12” seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək