12px13px15px17px
Tarix:03/07/20

“Şərq Tərəfdaşlığı” ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin 15-ci plenar iclası keçirildi

“Şərq Tərəfdaşlığı” (ŞT) ölkələrinin Telekommunikasiya Tənzimləyiciləri Şəbəkəsinin (EaPeReg) 15-ci plenar iclası “COVID-19” pandemiyası ilə əlaqədar onlayn formatda keçirilib.

 

İclasa 45 iştirakçı – 18 ölkənin telekommunikasiya sahəsi üzrə Tənzimləmə qurumlarının təmsilçiləri (6 ŞT ölkəsi və İsveç, İrlandiya, Almaniya, Polşa, Portuqaliya, Xorvatiya, Macarıstan, Çexiya, Latviya, Litva, Rumıniya, Makedoniya), Beynəlxalq Telekommunikasiya İttifaqı, Avropa Komissiyası, Dünya Bankı və “Ernst & Young” məsləhətçi şirkətinin nümayəndələri qatılıblar.

 

Videotədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin açılış nitqi ilə başlayıb. Nazir müavini ilk növbədə tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. O, iyunun 18-də “Şərq Tərəfdaşlığı” ölkələrinin videokonfrans formatında keçirilən sammitində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin “Şərq Tərəfdaşlığı”nın fəal tərəfdaşı və Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən olduğunu qeyd etdiyini iştirakçıların diqqətinə çatdırıb.

 

Plenar iclasın gündəliyinə əsasən, “EaPeReg”in 2020-ci ilin birinci yarım ili üzrə fəaliyyəti, Ekspert İşçi Qruplarının hesabatları, telekom tənzimləyicilərinin müstəqilliyinin qiymətləndirilməsi və digər məsələlər müzakirə olunub.

 

Bundan əlavə, Şəbəkənin fəaliyyətinin genişləndirilməsi istiqamətində İşçi qrupların sədrləri tərəfindən müzakirəyə çıxarılan bir sıra təkliflər dinlənilib, müəyyən tövsiyələr verilib.

 

Tədbirin sonunda “EaPeReg”in növbəti plenar iclasının payızda Polşada keçirilməsi ilkin olaraq qərara alınıb.

 

Qeyd edək ki, “EaPeReg”in qaydalarına uyğun olaraq Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) Şəbəkənin 2020-ci il üzrə

 

sədr müavini seçilib və ilin sonuna kimi Şəbəkənin gündəlik fəaliyyətinə rəhbərlik edəcək. NRYTN sədr müavini olaraq “EaPeReg”in plenar iclasının təşkilati məsələlərinə rəhbərlik və ev sahibliyi edib.

 

 





Baxış sayı: 197

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Avqust 2020

14 08 2020

14/08/20
“Google Lookout” proqramı gözdən əlil insanlara məhsulları tanımağa və sənədləri oxumağa kömək edəcək

“Google” şirkəti ilk dəfə 2019-cu ildə zəif görənlər üçün “Lookout” mobil proqramını istifadəyə verib

14/08/20
“Google Fuchsia OS” sistemi sertifikasiyadan keçib

“Bluetooth” standartlarının hazırlanması və bu texnologiya ilə təchiz edilən qurğuların sertifikatlaşdırılması ilə məşğul olan 

14/08/20
“Vivo S1 Prime” smartfonu rəsmən təqdim edilib

“Vivo” şirkəti 48 mp-lik kamera və “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş yeni “S1 Prime” smartfonunu təqd

14/08/20
“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

“Strategy Analytics” şirkəti portativ kompüterlərə tələbatın kəskin artmasını açıqlayıb

14/08/20
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Ko

14/08/20
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdar edir

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması

14/08/20
Yeni “iPhone” smartfonlarının təqdimat tarixi açıqlanıb

“iPhone 12” seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək