12px13px15px17px
Tarix:09/07/20

“Aztelekom” 700 mininci evi telekommunikasiya xidmətləri ilə təmin etdi

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" MMC tərəfindən telekommunikasiya xidmətlərindən istifadə edənlərin sayı və əhatə dairəsi genişləndirilib.

 

Artıq 700 mininci ev qurumun telekommunikasiya xidmətləri ilə təmin edildi.

 

"Aztelekom" şəbəkəsinə yeni qoşulan ev İmişli rayon Aranlı kənd sakini, 2-ci qrup Qarabağ əlili Həsənov Aydın Hüseynağa oğluna məxsus olub.

 

Qurumun adından "Aztelekom" MMC-nin Kommersiya departamentinin direktoru Elçin Cabarov 700 mininci abunəçini təbrik edərək ona modem və digər hədiyyələr təqdim edib, telefondan, internetdən 6 ay ərzində ödənişsiz istifadə edəcəyini söyləyib.

 

Abunəçi Həsənov Aydın Hüseynağa oğlu öz növbəsində yeni evdə telefon və internetdən istifadə edə biləcəklərinə çox sevindiklərini bildirib və yaradılan imkana görə təşəkkür edib.

 

"Aztelekom" rəsmisi qurumun regionlarda İKT infrastrukturunun müasir tələblər səviyyəsində təmin edilməsi və əhatə dairəsinin genişləndirilməsi istiqamətində gördüyü işlər haqqında məlumat verib: "Həyata keçirilən infrastruktur layihələri nəticəsində göstərilən xidmətlərin keyfiyyəti və çeşidləri artırılır, müştəri məmnuniyyəti təmin olunur. Müasir xidmətlərin çeşidini və həcmini artırmaq üçün mis xətlər vasitəsilə təklif edilən genişzolaqlı internet xidmətləri fiber-optik texnologiyalara əsaslanan xidmətlərlə əvəz edilir".

 

Əlavə edib ki, eyni zamanda telekommunikasiya xidmətlərinin ölkəmizdə müasir dünya standartlarına çatdırılması məqsədilə magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlanılıb. Layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir. Layihə nəticəsində regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.

 

Onun sözlərinə görə, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və çeşidlərin artırılması ilə bağlı hazırlanmış layihələr əsasında hazırda 4 regionda şəbəkənin yenidənqurma işləri aparılır, növbəti mərhələdə 6 regionda belə işlərin görülməsi planlaşdırılır. Xidməti ərazilərimizdə kabelləşdirilməsi çətin olan, dağlıq relyefdə yerləşən yaşayış məskənləri mövcuddur. Bu ərazilərdə xidmətlərə əlçatanlığı təmin etmək üçün 4-cü nəsil simsiz rabitə texnologiyalarından istifadə etməklə şəbəkə qurulur.

 

Qeyd edək ki, "Aztelekom" MMC koronavirus pandemiyası ilə əlaqədar əhalini fasiləsiz və dayanıqlı telekommunikasiya xidmətləri ilə təmin etmək üçün qabaqlayıcı və məqsədyönlü tədbirlər görür, texniki heyət gücləndirilmiş rejimdə, növbəli iş prinsipi ilə fəaliyyət göstərir.

 

 

 

 

 

 

 

 





Baxış sayı: 1473

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2020

27/11/20
Çində 700 mindən çox “5G” baza stansiyası inşa edilib

Oktyabrın sonuna olan məlumata görə, Çində 700 mindən çox “5G” baza stansiyası istismara verilib, 180 mil

27/11/20
EMEA regionunda kompüter bazarının həcmi 13% artacaq

Cari ilin nəticəsinə görə, EMEA regionunda kompüterlər bazarının həcmi təxminən 13% artacaq. “COVID-19” p

27/11/20
Britaniyada iri İT şirkətləri üzərində nəzarət güclənəcək

Böyük Britaniya hakimiyyəti “Google” və “Facebook” kimi böyük texnoloji şirkətlərin fəaliyyətinin tə

27/11/20
Yeddi “Nokia” televizoru təqdim edilib

“Nokia” brendi Avropada “Smart TV” funksiyalı və 32-75 düym diaqonallı yeddi televizor təqdim edib.

27/11/20
“Xiaomi” şirkəti “5G” dəstəkli yeni “Redmi Note” smartfonlarını təqdim edib

“Xiaomi” şirkətinin subbrendi “Redmi” Çində ucuz “Redmi Note” smartfonlarının yeni nəslini təqdim edi

27/11/20
Fransada rəqəmli verginin tutulmasına başlanılıb

Fransanın vergi orqanları böyük informasiya texnologiyaları şirkətlərini 2020-ci il üçün rəqəmli verginin

27/11/20
Mikroçip yaradıcıları “Alman gələcəyi” mükafatına layiq görülüb

Mikroçiplərin hazırlanması üzrə innovativ texnologiya hazırlayan tədqiqatçılar qrupu Almaniyanın ən əsas

27/11/20
“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib

“Windows 7” əməliyyat sistemində kritik boşluq aşkar edilib. Bu barədə fransız kibertəhlükəsizlik mütəxəs

26 11 2020

26/11/20
Smartfonlar bazarında bərpa prosesi başlayır

“International Data Corporation” (IDC) tədqiqat şirkətinin proqnozuna görə, qlobal smartfonlar bazarında

26/11/20
“IBM” korporasiyası Avropada təxminən 10 min əməkdaşını ixtisar etməyi planlaşdırır

ABŞ-ın “IBM” korporasiyası Avropadakı bölmələrində təxminən 10 min əməkdaşını ixtisar etmək niyyətindədir

26/11/20
Yaponiya vətəndaşlarına elektromobillərin alışı üçün daha çox pul ayrılacaq

Yaponiya hakimiyyəti vətəndaşlara elektromobillərin alışı üçün iki dəfə çox pul ayırmağı planlaşdırır. Bu

26/11/20
“Windows 10” sistemində “Android” proqramlarının işə salınması funksiyası istifadəyə veriləcək

“Microsoft” korporasiyasında “Windows 10” masaüstü əməliyyat sisteminin yeni funksiyası üzərində işlənili

26/11/20
Sinqapur rəqəmli texnologiyalar vasitəsilə səyahət qaydaları hazırlamağı təklif edir

Sinqapur hakimiyyəti digər ölkələrə turist səfərlərinin bərpası və böyük konfransların keçirilməsi üçün m

26/11/20
Yeni qabaqcıl “Huawei” smartfonu açıqlanıb

Növbəti qabaqcıl “Huawei” smartfonu “Kirin 9000” prosessoru ilə təchiz ediləcək. Bu barədə “The Elec” n

26/11/20
Elektron poçtda spamla mübarizənin 7 üsulu açıqlanıb

“Business Insider” nəşri elektron poçtda spam mesajlarla mübarizənin 7 üsulunu açıqlayıb.

26/11/20
Ən yaxşı televizorlar məlum olub

“LG” və “Samsung” brendlərinin televizorları “Rusiya Keyfiyyət Sistemi” (Roskaçestvo) təşkilatının re