12px13px15px17px
Tarix:11/07/20

“iPhone 12” smartfonunun qiyməti məlum olub

Yeni “iPhone” modelləri aktual nəsil “Apple” smartfonlarından daha bahalı olacaq. Bu barədə “MacRumors” nəşrinin analitik Ceff Punun hesabatına istinadən məlumatında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, mütəxəssisin məlumatına görə, 5,4 düymlük “iPhone 12” smartfonunun qiyməti 749 dollar təşkil edəcək ki, bu da “iPhone 11” modelinin əsas versiyasından 50 dollar bahadır. ABŞ brendinin qabaqcıl modellərinin bahalaşması “5G” texnologiyalarının tətbiqi və “OLED” ekranlardan istifadə ilə əlaqədardır. Analitikin fikrincə, qiymətlərin bahalaşması tələbata təsir göstərməsə də, “Apple” şirkətinin “iPhone” dəstində pulsuz aksesuarlardan imtinası fonunda suallar doğurur.
C.P seriyaya daxil olacaq digər modellərin qiyməti barədə məlumat verməyib. Jurnalistlərin ehtimalına görə, “iPhone 12” modelinin 6,1 düymlük versiyasının qiyməti 799-849 dollar arasında dəyişəcək. Bununla yanaşı, bahalaşmanın brendin 2019-cu ildə müvafiq olaraq 999 və 1099 dollar qiymətləndirilən “Pro” və “Pro Max” modellərinə şamil ediləcəyi məlum deyil.
 
Analitik informasiyası “iPhone 12” modelinin qiyməti barədə hamıdan birinci məlumat verən bloger Con Prosserin proqnozundan fərqlənir. Blogerin versiyasına görə, seriyanın ən ucuz qurğusu 649 dollar dəyərində qiymətləndiriləcək. Digər üç model müvafiq olaraq 749, 999 və 1099 dollar qiymətində satışa çıxarılacaq.
 
Nizam Nuriyev




Baxış sayı: 799

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Avqust 2020

14 08 2020

14/08/20
“Google Lookout” proqramı gözdən əlil insanlara məhsulları tanımağa və sənədləri oxumağa kömək edəcək

“Google” şirkəti ilk dəfə 2019-cu ildə zəif görənlər üçün “Lookout” mobil proqramını istifadəyə verib

14/08/20
“Google Fuchsia OS” sistemi sertifikasiyadan keçib

“Bluetooth” standartlarının hazırlanması və bu texnologiya ilə təchiz edilən qurğuların sertifikatlaşdırılması ilə məşğul olan 

14/08/20
“Vivo S1 Prime” smartfonu rəsmən təqdim edilib

“Vivo” şirkəti 48 mp-lik kamera və “Snapdragon 665” prosessoru ilə təchiz edilmiş yeni “S1 Prime” smartfonunu təqd

14/08/20
“Lenovo” və “HP” dünya noutbuklar bazarının yarısına nəzarət edir

“Strategy Analytics” şirkəti portativ kompüterlərə tələbatın kəskin artmasını açıqlayıb

14/08/20
“6G” şəbəkəsi nə vaxt istifadəyə veriləcək?

Altıncı nəsil mobil rabitə şəbəkəsi üzrə pilot layihə 2026-cı ildə istifadəyə veriləcək. Bu barədə “BusinessKorea” nəşrinin Cənubi Ko

14/08/20
Elektron Təhlükəsizlik Xidməti vətəndaşları şəbəkə qurğularındakı təhlükə ilə bağlı xəbərdar edir

Son günlər ölkəmizdə “Wi-Fi” təhlükəsizliyi ilə bağlı insidentlərin sayında kəskin artımın olması

14/08/20
Yeni “iPhone” smartfonlarının təqdimat tarixi açıqlanıb

“iPhone 12” seriyalı yeni smartfonların təqdimatı gözləniləndən daha gec keçiriləcək