12px13px15px17px
Tarix:17/07/20

Avropa Komissiyası səs köməkçiləri və “Əşyalar interneti” sahəsində “Apple”, “Google” və “Amazon” barəsində araşdırmaya başlayıb

Avropa Komissiyası “Apple”, “Google”, “Amazon” və bir sıra başqa şirkətlərin səs assistentləri və “Əşyalar interneti” bazarında rəqabəti pozduğunu yoxlamaq üçün onlar barəsində antiinhisar araşdırmasına başlayıb. Bu haqda Avropa Komissiyasının rəqabət məsələləri üzrə rəhbərinin müavini Marqret Vestaqer deyib.

 

Vestaqer bildirib ki, öz bazar mövqeyindən sui-istifadə edən böyük şirkətlər rəqabət mühitini tez bir zamanda inhisarçılığa çevirə bilərlər.

 

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən yazır ki, "səs köməkçiləri və "ağıllı" qurğular bizim seçimlərimiz haqqında bir çox məlumatlar toplaya bilərlər. Və böyük şirkətlərin bu məlumatlardan sui-istifadə etməsi riski mövcuddur" – Vestaqer deyib.

 

Elan edilmiş araşdırma hələ ki erkən mərhələdədir. Avropa Komissiyası məlumat toplamaq üçün yüzlərlə "ağıllı" ev, daşının qurğular istehsalçısına və səs köməkçiləri istehsalçılarına sorğu göndərib.

 

Emil Hüseynov





Baxış sayı: 780

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024