12px13px15px17px
Tarix:23/07/20

Biləsuvar rayonunda telekommunikasiya xidmətlərinin əhatə dairəsi genişləndirilir

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti "COVID-19" pandemiyası dövründə də regionlarda telekommunikasiya xidmətlərinin keyfiyyətinin, dayanıqlığının və əhatə dairəsinin artırılması üzrə layihələrin icrasını davam etdirir.
 
Hazırda dayanıqlı telekommunikasiya infrastrukturunun formalaşması, internet xidmətlərindən daha çox vətəndaşın istifadə etmək imkanının yaradılması üçün Biləsuvar rayonu ərazisində əhəmiyyətli işlər görülür.
 
Əhatə dairəsinin genişləndirilməsi çərçivəsində Zəhmətabad kəndində yeni Elektron ATS quraşdırılaraq istifadəyə verilib.
 
Rayon mərkəzində Qarabağ müharibəsi  qaziləri və şəhid ailələri üçün tikilmiş  bir neçə yaşayış binasında yaşayan ailələrin sürətli internet xidməti ilə təmin edilməsi üçün fiber-optik kabel çəkilib.
 
Son dövrdə Mərkəzi Elektron ATS-də, İsmətli, Günəşli, Nəsimi, Əliabad, Xırmandalı, Bağbanlar kənd Elektron ATS-də internet istifadəçilərinin sayının artırılması və internetə qoşulmaq üçün müraciət edən vətəndaşların internetlə təmin olunması üçün yeni avadanlıqlar quraşdırılıb.
 
Eyni zamanda, rabitə xətlərinin texniki normaya salınması və digər profilaktik tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır.
 
Rayon mərkəzinin bir çox yerlərində – Puşkin, Heydər Əliyev, Mübariz İbrahimov küçələrində müxtəlif tutumlu zədəli kabellər yenisi ilə əvəz edilərək istifadəyə verilib. Bu da göstərilən xidmətlərin keyfiyyətinin kifayət qədər artmasına səbəb olub. Bununla yanaşı, xidməti ərazidə bir sıra yararsız dirəklər yeniləri ilə dəyişdirilib,  7 kilometrdən çox abunəçi xətti texniki normaya salınıb.















Baxış sayı: 943

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024