12px13px15px17px
Tarix:04/08/20

“iPhone” smartfonları ödəniş terminallarına çevriləcək

“Apple” şirkəti Kanadanın smartfonları mobil ödəniş terminallarına çevirməyə imkan verən texnologiyanı yaradan “Mobeewave” startapını satın alıb. Sövdələşmənin məbləği 100 milyon dollar təşkil edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, “Mobeewave” texnologiyası “NFC” (belə çiplərlə iPhone 6 modelindən başlayaraq bütün “Apple” smartfonları təchiz edilib) çipinə malik istənilən smartfonda istifadə oluna bilər. Belə çip adətən karta bağlı smartfondan kontaktsız ödəniş üçün istifadəyə imkan verdiyi halda Kanada şirkətinin həlli smartfonu kart və ya digər smartfonlardan ödənişlərin qəbulu üçün terminala çevirir.

 

Məlumata görə, “Mobeewave” komandası “Apple” əməkdaşları siyahısına daxil edilib. Hər iki şirkət sövdələşmə barədə ətraflı məlumat verməkdən imtina edib.

 

Ötən il “Samsung” və “Mobeewave” tərəfindən Kanadada birgə pilot layihə təşkil olunub. Bundan başqa, Cənubi Koreya şirkətinin bölmələrindən biri “Mobeewave” sərmayədarı qismində çıxış edir.

 

İlin əvvəlində ABŞ istehsalçısı “Siri” köməkçi funksiyası vasitəsilə nitqin tanınması dəqiqliyini yaxşılaşdırmaq məqsədilə “Voysis” şirkətini, kompüter təlimi sahəsində texnologiyaların hazırlanması ilə məşğul olan “Inductiv” startapını, virtual reallıq texnologiyalarında ixtisaslaşan “NextVR” startapını, eləcə də “iPhone” üçün populyar meteoroloji “Dark Sky” proqramını satın alıb.

 

Nizam Nuriyev





Baxış sayı: 233

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2020

18 09 2020

18/09/20
Çində “5G” istifadəçilərinin sayı 110 milyon olub

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) rəhbəri Ven Ku Çünsində

18/09/20
“eSIM” texnologiyası “Əşyalar interneti”nə sürətlə nüfuz edir

“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək “Əşyalar interneti (IoT)

18/09/20
“Bluetooth”da aşkar edilmiş boşluq milyardlarla qurğunu təhdid edir

Milyardlarla smartfon, planşet, noutbuk və “Əşyalar interneti” qurğuları bu yay aşkar edilmiş proqram səh

18/09/20
Smartfonlar bazarı pandemiyaya uyğunlaşır

“International Data Corporation” (IDC) şirkəti tədqiqat apararaq dünya smartfonlar bazarında pandemiya və

18/09/20
“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

“Corsair” şirkəti “Intel Comet Lake” aparat platforması və “Windows 10 Home” əməliyyat sistemindən

18/09/20
Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib

“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II

18/09/20
“Xiaomi Redmi Smart TV A55” televizoru 260 dollar qiymətləndirilir

“Xiaomi” şirkəti 55 düym diaqonallı “Redmi Smart TV A55” televizor modelini təqdim edib.

18/09/20
“Panasonic” süni intellektin inkişafına 150 milyon dollar yatıracaq

“Panasonic” şirkəti neyron şəbəkələri əsasında kompüter təlimi texnologiyalarına və süni intellekt sistem