12px13px15px17px
Tarix:06/08/20

“5G” sürətlə inkişaf edir

Bu gün “Huawei” şirkətinin beşinci nəsil mobil rabitə texnologiyalarının inkişafına həsr edilən növbəti konfransı keçirilib. Konfrans zamanı şirkətin simsiz şəbəkə məhsulları bölməsinin rəhbəri Yan Çaobin bildirib ki, iyula olan vəziyyətə görə, dünyada 92 kommersiya “5G” şəbəkəsi quraşdırılıb. Bununla yanaşı, yeni şəbəkələr Çində daha yaxşı inkişaf edir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, şirkət nümayəndəsinin proqnozuna görə, cari ilin sonunadək Çin operatorları tərəfindən 800 min “5G” baza stansiyası qurulacaq, “5G” istifadəçilərinin sayı isə 200 milyon nəfəri ötəcək. İlin sonunda “5G” istifadəçilərinin 70 faizi Çinin payına düşəcək.

 

Son statistik məlumatlara görə, Çin istifadəçilərinin sayı artıq 100 milyonu üstələyib. Həmçinin dünyanın ən böyük mobil rabitə operatoru “China Mobile” 70,199 milyon istifadəçini yeni rabitə ilə təmin edib. “China Telecom” istifadəçilərinin sayı 37,84 milyon təşkil edir. “China Unicom” uğurları barədə məlumatları açıqlamır.

 

“DigiiTimes” nəşrinin proqnozuna görə, bu il “5G” smartfonlarının qlobal tədarük həcmi 250 milyon ədədi, dünyada smartfonların tədarükü isə 25 faizi ötəcək. Dünyada “5G” smartfonlarının satış həcminin təxminən 70 faizi və ya 170 milyon ədədi Çinin payına düşəcək.

 

Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin statistikasına görə, ölkədə “5G” baza stansiyalarının sayı həftədə 10 mindən çox artır. Hazırda operatorlar tərəfindən qurulan baza stansiyalarının sayı 250 mindən çoxdur.

 

Nizam Nuriyev





Baxış sayı: 276

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2020

18 09 2020

18/09/20
Çində “5G” istifadəçilərinin sayı 110 milyon olub

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) rəhbəri Ven Ku Çünsində

18/09/20
“eSIM” texnologiyası “Əşyalar interneti”nə sürətlə nüfuz edir

“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək “Əşyalar interneti (IoT)

18/09/20
“Bluetooth”da aşkar edilmiş boşluq milyardlarla qurğunu təhdid edir

Milyardlarla smartfon, planşet, noutbuk və “Əşyalar interneti” qurğuları bu yay aşkar edilmiş proqram səh

18/09/20
Smartfonlar bazarı pandemiyaya uyğunlaşır

“International Data Corporation” (IDC) şirkəti tədqiqat apararaq dünya smartfonlar bazarında pandemiya və

18/09/20
“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

“Corsair” şirkəti “Intel Comet Lake” aparat platforması və “Windows 10 Home” əməliyyat sistemindən

18/09/20
Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib

“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II

18/09/20
“Xiaomi Redmi Smart TV A55” televizoru 260 dollar qiymətləndirilir

“Xiaomi” şirkəti 55 düym diaqonallı “Redmi Smart TV A55” televizor modelini təqdim edib.

18/09/20
“Panasonic” süni intellektin inkişafına 150 milyon dollar yatıracaq

“Panasonic” şirkəti neyron şəbəkələri əsasında kompüter təlimi texnologiyalarına və süni intellekt sistem