12px13px15px17px
Tarix:10/08/20

Çində “iPhone” smartfonlarının satışı təhlükə altındadır

ABŞ Prezidenti Donald Tramp “TikTok” və “WeChat” servisləri ilə mübarizə üzrə verdiyi fərmanlarla Çində “Apple” korporasiyasının məhsullarının satışını təhlükə altına alıb. Bu barədə “Bloomberg” nəşrinin məlumatında deyilir.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta www.lenta.ru” resursuna istinadən yazır ki, sənədlərə görə, bu mobil əlavələrin “App Store” mağazasında yayılması qadağandır, onlarla əlaqədar bütün tranzaksiyalar isə bloklanacaq.

Məlumata görə, “WeChat” proqramı çoxlu servisləri əvəz edir: onun vasitəsilə alış-verişlər həyata keçirilir, müxtəlif ödənişlər edilir, ondan zənglər, elektron poçtla ünsiyyət və bütün işgüzar və şəxsi ünsiyyət formaları üçün istifadə edilir. “WeChat” turistlər tərəfindən də yüklənilməlidir, əks halda, onlar hətta kiçik alış-verişlər üçün ödəniş imkanından məhrum ola bilərlər.

Beləliklə, qurğularda “WeChat” əlavəsinin quraşdırılması imkanı olmasa, Çin alıcıları “Apple” məhsullarından uzaq düşəcəklər. Aparılan sorğulara görə, vətəndaşların əksər hissəsi qurğuya bu proqramın yüklənilməsi qeyri-mümkün olacağı halda ondan imtina edəcək.

“Bloomberg Intelligence” analitiki Anand Srinivasanın sözlərinə görə, “iPhone” smartfonlarının satışının 20 faizi Çinin payına düşür. Bu səbəbdən “WeChat” proqramının “App Store” mağazasında ləğvi şirkət üçün ciddi maneəyə çevriləcək.

Avqustun 7-də Prezident Donald Tramp ABŞ şirkətlərinə ölkə yurisdiksiyasında “TikTok” və “WeChat” sahibi olan şirkətlərlə sazişlərin başa çatdırılmasına 45 gün vaxt verib. Ağ Ev nümayəndələrinin sözlərinə görə, Çin proqramları ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid yaradır. Fərman ABŞ-ın “Microsoft” və Çinin “ByteDance” şirkətləri arasında “TikTok” servisinin satın alınması ilə bağlı aparılan danışıqlar fonunda imzalanıb.

Nizam Nuriyev





Baxış sayı: 486

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2020

21 09 2020

21/09/20
Ucuz “LG K42” smartfonu təqdim edilib

“LG” şirkəti “LG K42” adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizay

21/09/20
“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar

21/09/20
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nü

21/09/20
“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyas

21/09/20
Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilm

21/09/20
Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib

BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.

21/09/20
Kompüter virusu insan ölümünə səbəb olub

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı

21/09/20
Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dolla

21/09/20
“Microsoft” korporasiyası “Windows 10” sisteminə "Zoom”un rəqibini quraşdıracaq

Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir