12px13px15px17px
Tarix:12/08/20

Şəffaf “Xiaomi” televizoru təqdim edilib

“Xiaomi” şirkəti yaradılmasının on illiyi münasibətilə “Mi TV Lux Transparent Edition” adlı şəffaf televizor təqdim edib.  

“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, söhbət kütləvi istehsal mərhələsində olan tam şəffaf televizordan gedir. O, 5,7 millimetr qalınlığında 55 düym diaqonallı şəffaf “OLED” ekranla təchiz edilib. Bundan başqa, televizor 120 giqaherslik yüksək yeniləmə tezliyinə malikdir. Həmçinin panel 10 bitlik rəng dərinliyi və “DCI-P3” rəng qammasını 93 faiz əhatə etməsi ilə xarakterizə olunur. Ekranın reaksiya vaxtı 1 millisaniyə təşkil edir.

“MediaTek 9650” birkristallı sistemi ilə təchiz edilən qurğu “MEMC” və “Dolby Atmos” hərəkət kompensasiya texnologiyasını dəstəkləyir. Qiyməti 7100 dollar təşkil edəcək televizorun satışa çıxarılma müddəti barədə məlumat verilmir.  

Qeyd edək ki, şəffaf televizorlar əvvəllər də nümayiş olunub. Belə ki, 2019-cu ildə “IFA” sərgisində “Panasonic”, 2017-ci ildə “LG”, 2016-cı ildə isə “Samsung” ilk belə qurğusunu nümayiş etdirib. Lakin hazırda söhbət ilk kommersiya istifadəsinə verilən qurğudan gedir.

Nizam Nuriyev





Baxış sayı: 594

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2020

18 09 2020

18/09/20
Çində “5G” istifadəçilərinin sayı 110 milyon olub

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) rəhbəri Ven Ku Çünsində

18/09/20
“eSIM” texnologiyası “Əşyalar interneti”nə sürətlə nüfuz edir

“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək “Əşyalar interneti (IoT)

18/09/20
“Bluetooth”da aşkar edilmiş boşluq milyardlarla qurğunu təhdid edir

Milyardlarla smartfon, planşet, noutbuk və “Əşyalar interneti” qurğuları bu yay aşkar edilmiş proqram səh

18/09/20
Smartfonlar bazarı pandemiyaya uyğunlaşır

“International Data Corporation” (IDC) şirkəti tədqiqat apararaq dünya smartfonlar bazarında pandemiya və

18/09/20
“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

“Corsair” şirkəti “Intel Comet Lake” aparat platforması və “Windows 10 Home” əməliyyat sistemindən

18/09/20
Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib

“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II

18/09/20
“Xiaomi Redmi Smart TV A55” televizoru 260 dollar qiymətləndirilir

“Xiaomi” şirkəti 55 düym diaqonallı “Redmi Smart TV A55” televizor modelini təqdim edib.

18/09/20
“Panasonic” süni intellektin inkişafına 150 milyon dollar yatıracaq

“Panasonic” şirkəti neyron şəbəkələri əsasında kompüter təlimi texnologiyalarına və süni intellekt sistem