12px13px15px17px
Tarix:13/08/20

Dünyanın ən bahalı brendləri məlum olub

"Kantar" analitik agentliyi dünyada ən bahalı brendlərin yenilənmiş illik reytinqini dərc edib. Brendinin dəyəri 415 milyard dollar olan "Amazon" şirkəti reytinqdə birinci yeri tutub. Bu göstərici 2019-cu illə müqayisədə 132 milyard dollar çoxdur.
 
"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, araşdırmaya əsasən, "Amazon" şirkəti rəqəmsallaşmaya və oflayn ticarətin inkişafına aktiv sərmayə yatırmağa davam edir. "Amazon" brendi artıq ikinci il ardıcıl dünyada ən bahalı brend elan edilir.
 
Ən bahalı brendlərin siyahısında ikinci yeri 352,2 milyard dollar (+14%) göstəriciyə malik "Apple" şirkəti tutub. "Google" (323,6 milyard dollar) şirkətini reytinqdə qabaqlamış "Microsoft" (326,5 milyard dollar) şirkəti üçüncü yeri tutub. "Microsoft" və "Google" brendlərinin dəyəri bir il ərzində müvafiq olaraq 30% və 5% bahalaşıb. "Microsoft" brendinin dəyərinin artmasını mütəxəssislər "COVID-19" pandemiyası şəraitində "Microsoft Teams" korporativ messencerinin populyarlığının artması ilə izah edirlər.
 
Ən bahalı brendlərin onluğuna, həmçinin "Alibaba" (6-cı yer, dəyəri 152,5 milyard dollar), "Tencent" (7-ci yer, 151 milyard dollar) və "Facebook" (8-ci yer, 147,2 milyard dollar) texnologiya şirkətləri daxil edilib.
 
Emil Hüseynov





Baxış sayı: 257

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Sentyabr 2020

18 09 2020

18/09/20
Çində “5G” istifadəçilərinin sayı 110 milyon olub

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyasının (CAICT) rəhbəri Ven Ku Çünsində

18/09/20
“eSIM” texnologiyası “Əşyalar interneti”nə sürətlə nüfuz edir

“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, 2025-ci ilədək “Əşyalar interneti (IoT)

18/09/20
“Bluetooth”da aşkar edilmiş boşluq milyardlarla qurğunu təhdid edir

Milyardlarla smartfon, planşet, noutbuk və “Əşyalar interneti” qurğuları bu yay aşkar edilmiş proqram səh

18/09/20
Smartfonlar bazarı pandemiyaya uyğunlaşır

“International Data Corporation” (IDC) şirkəti tədqiqat apararaq dünya smartfonlar bazarında pandemiya və

18/09/20
“Corsair Vengeance i7200” kompüteri “Intel Comet Lake” çipi ilə təchiz edilib

“Corsair” şirkəti “Intel Comet Lake” aparat platforması və “Windows 10 Home” əməliyyat sistemindən

18/09/20
Yığcam “Sony Xperia 5 II” smartfonu təqdim edilib

“Sony” şirkəti sahə üzrə bazarda ən keyfiyyətli displeylərdən biri ilə təchiz edilmiş yığcam “Xperia 5 II

18/09/20
“Xiaomi Redmi Smart TV A55” televizoru 260 dollar qiymətləndirilir

“Xiaomi” şirkəti 55 düym diaqonallı “Redmi Smart TV A55” televizor modelini təqdim edib.

18/09/20
“Panasonic” süni intellektin inkişafına 150 milyon dollar yatıracaq

“Panasonic” şirkəti neyron şəbəkələri əsasında kompüter təlimi texnologiyalarına və süni intellekt sistem