12px13px15px17px
Tarix:20/08/20

Smartfonlar üçün “Chrome” brauzeri istifadəçilərin şifrlərini özü yoxlamağa başlayıb

Smartfonlar üçün “Chrome” brauzeri, daha dəqiq onun “Canary” versiyası istifadəçilərin şifrlərini təhlükəsizlik baxımından yoxlamağa başlayıb. Proqram şifrləri internetə sızmış məlumat bazalarında axtaracaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, brauzerin sazlamalarında yeni "Bulk password check" seçimi əlçatan olub. Bu seçimi aktivləşdirdikdə “Chrome” brauzeri bütün saxlanmış parolları yoxlaya biləcək. Brauzer bəzi şifrlərə müdaxilə edildiyini aşkar etdikdə bu haqda xəbərdarlıq edəcək.
 
Əgər yeni funksiyanı yoxlamaq istəyirsinizsə, onda “Play Store”dən “Google Chrome Canary”nin son versiyasını yükləmək lazımdır.
 
Emil Hüseynov



Baxış sayı: 441

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






05 May 2024

04 05 2024