12px13px15px17px
Tarix:10/12/11

Nazir Ukraynada işgüzar səfərdə olmuşdur

Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rabitə sahəsində Regional Birliyin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının dekabrın 7-də Ukraynanın paytaxtında keçirilmiş növbəti 45-ci iclasında iştirak etmişdir.

RRB-yə MDB-nin 11 ölkəsi və GürcüstanAzərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Rabitə sahəsində Regional Birliyin (RRB) Rabitə Administrasiyaları Başçıları Şurasının dekabrın 7-də Ukraynanın paytaxtında keçirilmiş növbəti 45-ci iclasında iştirak etmişdir.

RRB-yə MDB-nin 11 ölkəsi və Gürcüstan daxildir. Sloveniya, Bolqarıstan, Finlandiya, Litva, Latviya və Estoniyanın nümayəndələri müşahidəçi kimi iştirak edirlər.

İclasın gündəliyinə RRB-nin 20 illik fəaliyyəti, RRB-nin rabitə administrasiyalarının radio və poçt rabitəsi sahəsində beynəlxalq və regional forumlara hazırlığı, telekommunikasiya sahəsində qarşılıqlı fəaliyyət məsələləri və s. məsələlər daxil edilmişdir.

Rusiya Federasiyasının rabitə və kütləvi kommunikasiyalar naziri İqor Şeqolev öz azərbaycanlı həmkarına Kiyev forumunda çıxış etməyi təklif etmişdir. Əli Abbasovun mükəmməl və konstruktiv çıxışı forumun iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

İclas çərçivəsində Ə.Abbasov İ.Şeqolevlə, Ukrayna dövlət xüsusi rabitə və informasiya mühafizəsi xidmətinin sədri Leonid Netudıxata və digər xarici həmkarları ilə danışıqlar aparmışdır.

Forum çərçivəsində o, informasiya-kommunikasiya texnologiyaları sahəsində ən yeni nailiyyətlərin nümayiş etdirildiyi sərgiyə baxmış, Intel şirkətinin “Genişzolaqlı girişin inkişaf planlarının və milli strategiyasının hazırlanması.

Praktik metodlar və vasitələr: universal xidmət/giriş fondunun təşkili və istifadəsi” mövzusunda keçirdiyi seminarda iştirak etmişdir.

Rabitə və informasiya texnologiyaları sahəsində şəxsi töhfəsinə və xüsusi xidmətlərinə görə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov RRB RA-nın Fəxri fərmanına layiq görülmüşdür.

Səfər zamanı dekabrın 8-də Ə.Abbasov Ukraynanın və xarici ölkələrin işgüzar dairələrinin nümayəndələri ilə görüşmüşdür.

Azərbaycanın Kiyevdəki səfirliyində o, həmçinin Ukraynada yaşayan azərbaycanlı sahibkarlarla görüşmüş, dahi lider

Heydər Əliyevin abidəsinin ucaldıldığı bağda, səfirliyimizin ətrafında və diplomatik nümayəndəliyimizin özündə aparılan təmir-abadlıq işlərinin gedişi ilə tanış olmuşdur.

Ə.Abbasov Ukraynadakı diplomatik nümayəndəliyimizin başçısı Eynulla Mədətliyə səfirliyə hədiyyə etdiyi Azərbaycanda istehsal olunmuş ən yeni modelli planşet təqdim etmiş və videokonfransların keçirilməsində diplomatlara köməyini təklif etmişdir.

Bununla Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun Ukraynaya səfəri başa çatmışdır




Baxış sayı: 1085

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024