12px13px15px17px
Tarix:01/09/20

Nazir Ramin Quluzadə “Alibaba Group” şirkətinin nümayəndələri ilə videobağlantı formatında görüşüb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadənin iştirakı ilə "Alibaba Group" şirkətinin nümayəndələri ilə videobağlantı formatında görüş keçirilib.

Görüşə Azərbaycan tərəfdən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyinin nümayəndələri qatılıblar.
 
"Alibaba Group" şirkətini Qloballaşma Ofisinin baş direktoru Sami Fərhad, Beynəlxalq hökumət və ictimaiyyətlə əlaqələr departamentinin direktoru Laurie Luo, direktor müavini, Rəqəmsal ictimai sektorun baş meneceri Şi Feng, Xarici əlaqələr, "Tmall" idxal və ixrac üzrə direktor müavini Tony Çen təmsil ediblər.
 
Videotədbirdə çıxış edən nazir "Alibaba" şirkəti ilə əməkdaşlığın qurulması və inkişaf etdirilməsinin vacib olduğunu bildirib.

Ölkəmizdə internetin inkişafı haqqında məlumat verən Ramin Quluzadə bildirib ki, Azərbaycanda informasiya cəmiyyətinin inkişafı, əhalinin İKT biliklərinin artırılması, elektron xidmətlərdən istifadənin təşviq edilməsi üzrə müxtəlif layihələr icra olunur.

"Eyni zamanda, "Hökumət buludu"nun (G-cloud) yaradılması və "bulud" xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2019-cu il tarixli Fərmanı ilə "Hökumət buludu" (G-cloud) Konsepsiyası qəbul olunub", – deyə Ramin Quluzadə qeyd edib.

Nazir bildirib ki, 2016-cı ildən "Azərpoçt" MMC-nin ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün regional tranzit poçt mərkəzi (HUB) layihəsi fəaliyyət göstərir. Layihə çərçivəsində 2016-cı ildən "Azərpoçt" MMC tərəfindən Çin Xalq Respublikasından sifariş olunan elektron ticarət məhsullarının Azərbaycanın "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq ölkəmizə gətirilməsi və poçt kimi emal olunaraq MDB və digər ölkələrə çatdırılması təmin edilir.

Görüş zamanı Azərbaycanda logistika və müvafiq anbar infrastrukturunun yaradılması, data mərkəzi və "bulud" infrastrukturu, elektron ticarət və digər sahələrdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb, eləcə də əməkdaşlıq məsələləri ilə bağlı İşçi Qrupun yaradılması barədə razılığa gəlinib.
"Alibaba Group"un nümayəndəsi tərəfindən şirkətin "Alibaba Cloud Computing" və "Tmall.com" bölmələri üzrə təqdimat olunub.

Qeyd edək ki, "Alibaba Group" şirkəti elektron ödəmə xidmətləri, alış-veriş axtarış motorları və "bulud" hesablama xidmətləri də daxil olmaqla, istehlakçıdan istehlakçıya (C2C), biznesdən istehlakçıya (B2C) və veb-portallar vasitəsilə biznesdən biznesə (B2B) satış xidmətləri təqdim edir.













Baxış sayı: 2010

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Sentyabr 2020

21 09 2020

21/09/20
Ucuz “LG K42” smartfonu təqdim edilib

“LG” şirkəti “LG K42” adlı başlanğıc səviyyəli yeni smartfonunu təqdim edib. Arxa qapağın qeyri-adi dizay

21/09/20
“Mi Store on Wheels” mağazası təqdim olunub

“Xiaomi India” şirkəti Hindistanda avtomobillər üzərində hərəkət edən “Mi Store on Wheels” adlı mağazalar

21/09/20
“AzInTelecom” media nümayəndələrinə bulud texnologiyaları haqqında təlim keçib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC KİV nü

21/09/20
“WhatsApp” messenceri eyni vaxtda bir neçə qurğuda istifadə ediləcək

“WhatsApp” messencerinin tərtibatçıları bir neçə qurğunun eyni vaxtda bir neçə hesaba qoşulması funksiyas

21/09/20
Yaponiya Ayın mənimsənilməsi üzrə layihədə iştirak üçün 770 milyon dollar ayıracaq

Yaponiya növbəti maliyyə ilində (2021-ci ilin aprelindən 2022-ci ilin martınadək) ABŞ-ın Ayın mənimsənilm

21/09/20
Ramin Quluzadə BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının iclasında çıxıb edib

BMT-nin Dayanıqlı İnkişaf Naminə Genişzolaqlı İnternet üzrə Komissiyasının illik virtual iclası keçirilib.

21/09/20
Kompüter virusu insan ölümünə səbəb olub

Düsseldorf Universitetinin xəstəxanasında pasiyent kompüter virusunun qurbanı

21/09/20
Çində süni intellekt sahəsi üzrə startaplara 30 milyard dollar investisiya qoyulub

2016-cı ildən süni intellekt sistemlərinin hazırlanması ilə məşğul olan Çin şirkətlərinə 30 milyard dolla

21/09/20
“Microsoft” korporasiyası “Windows 10” sisteminə "Zoom”un rəqibini quraşdıracaq

Koronavirus pandemiyası dövründə videoəlaqə qurmağa imkan verən xidmətlərin populyarlığı xeyli artıb. Bir