12px13px15px17px
Tarix:09/09/20

Çində “5G” istifadəçilərinin sayı 60 milyonu ötüb

Hazırda Çin beşinci nəsil mobil rabitə şəbəkələrinin yayılması tempinə görə bütün ölkələri üstələyir. İlin sonunadək ölkədə 500 min “5G” baza stansiyasının qurulması planlaşdırılıb. Artıq Çin qarşıya qoyulan vəzifənin 96 faizini yerinə yetirib.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT www.ixbt.com” resursuna istinadən yazır ki, bu gün Çində istismara verilən “5G” baza stansiyalarının sayı 480 mini ötüb. Koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq ölkədə böhran dövründə iqtisadiyyatın gücləndirilməsi və iqtisadi artımın stimullaşdırılması davam edib. Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin direktoru Ven Kunun sözlərinə görə, Çinin materik hissəsində “5G” şəbəkələrinə 100 milyon qurğu qoşulub.
 
Bundan başqa, Sənaye və İnformasiya Texnologiyaları naziri Syao Yatsin qeyd edib ki, ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsi istifadəçilərinin sayı 60 milyondan çoxdur. Onun sözlərinə görə, “5G” ən yüksək məlumat ötürmə sürəti təklif edir. Texnologiya “Əşyalar interneti” (IoT), sürücüsüz avtomobillər, “ağıllı” şəhərlər və yeni mobil əlavələr üçün “birləşdirici toxuma” adlandırılır.
 
Çinin “Xiaomi”, “Huawei”, “Realme” və s. kimi smartfon istehsalçıları da “5G” texnologiyasının populyarlaşdırılmasında vacib rol oynayırlar. Artıq qiyməti 150 dollar (məsələn, Realme V3) olan “5G” dəstəkli ucuz smartfonlar satışa çıxarılıb. Həmçinin avqustda Şençjen şəhəri ölkədə ilk dəfə mövcud “4G” şəbəkəsi üzərində qurulmayan tam avtonom “5G” şəbəkəsi ilə əhatə olunub.  
 
Nizam Nuriyev




Baxış sayı: 2375

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Yanvar 2021

18/01/21
“Honor” smartfonları yenidən “Google” servisləri ilə təchiz ediləcək

“Honor” şirkətinin ABŞ sanksiyalarını aradan qaldırması nəticəsində onun smartfonlarına “Google” servislə

18/01/21
Aztelekom Zaqatalada 384 ailənin mənzilini müasir avadanlıqla təmin etdi

Regionlarda vətəndaşların telekommunikasiya xidmətlərinə olan tələbatını təmin etmək məqsədilə növbəti la

18/01/21
“Dynabook Satellite Pro L50” noutbuku “GeForce MX250” qrafikası ilə təchiz edilib

“Intel Comet Lake” aparat platforması və “Windows 10 Pro” əməliyyat sistemindən istifadə edən “Dynabook S

18/01/21
“Apple iMac” kompüterlərinin dizaynı yenilənəcək

Bu il “Apple” şirkəti 2012-ci ildən bəri ilk dəfə olaraq “iMac” fərdi kompüterlərinin dizaynını yeniləmək

18/01/21
“Samsung” yeni smartfonlarda yaddaş kartlarından imtina edib

“Samsung” şirkəti yeni qabaqcıl smartfonlarda yaddaş kartı üçün çıxışı ləğv edib. Bu barədə “Android P

17 01 2021