12px13px15px17px
Tarix:28/09/20

“Android 11” mobil əməliyyat sistemində proqramların işi pozulub

"Android" əməliyyat sisteminin idarəetməsi altında işləyən smartfonlarda proqramlar arasında keçid etmə funksiyasının işi pozulub. Bu haqda istifadəçilərin şikayətinə diqqət çəkən "Android Police" nəşri məlumat verib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "lenta.ru" saytına istinadən yazır ki, "Android"in rəsmi forumunda və "Reddit"dəki yazılara əsasən, naməlum boşluq səbəbindən ƏS-nin çoxməsələlik funksiyasının işi pozulub. İstifadəçilərin məlumatına görə, onlar jestlərin köməyi ilə proqramlar arasında keçid etmək imkanından məhrum olublar. Çoxməsələlik funksiyasından istifadə etmək istədikdə əməliyyat sistemi istifadəçini əsas ekrana atır. "Google Pixel" smartfonlarının istifadəçiləri daha çox şikayət edirlər.

 

Jurnalistlər "Android" smartfon sahiblərinin mesajlarını yoxlayıblar və təsdiq ediblər ki, problem həqiqətən mövcuddur. Bəzi hallarda qurğunu yenidən yükləməklə problemi həll etmək olur, ancaq bu metod həmişə işləmir.

 

Xatırladaq ki, "Android 11" sisteminin sabit versiyası sentyabrın əvvəlində istifadəyə verilib. ƏS-i istifadəçilər arasında mesajların ötürülməsi və məxfilik məsələləri ilə bağlı bir sıra yeniliklər əldə edib.

 

Emil Hüseynov





Baxış sayı: 152

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024