12px13px15px17px
Tarix:30/09/20

“Microsoft” 2020-ci ildə haker fəallığının artması haqqında məlumat verib

“Microsoft” korporasiyası tərəfindən dərc edilmiş “Digital Defense Report” adlı illik hesabatda son ildə kibertəhlükəsizlik sahəsində əsas tendensiyalar haqqında məlumat verilib. Şirkətin mütəxəssisləri qeyd ediblər ki, hakerlər öz əməliyyatlarının aşkar edilməsinin qarşısını almaqla yanaşı, daha mürəkkəb maskalanma metodlarından istifadəyə başlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, bütün kiber hadisələrin təxminən 70%-i fişinq hücumlarının payına düşüb. Cinayətkarlar müntəzəm olaraq “Microsoft”, “UPS”, “Amazon”, “Apple” və “Zoom” kimi böyük şirkətlərin göndərmələrini təqlid edən elektron məktublar göndəriblər. “Microsoft”un mütəxəssisləri, həmçinin hakerin qurbanın sistemində olduğu orta müddətin azalması (indi bu göstərici təxminən 45 dəqiqə təşkil edir) haqqında bildiriblər. Korporasiya tərəfindən bu yaxınlarda keçirilmiş sorğuya əsasən, informasiya təhlükəsizliyi üzrə direktorların 73%-i bildirib ki, onların təşkilatı son ildə məxfi məlumatlar da daxil olmaqla məlumat itkisi ilə üzləşiblər.

 

2020-ci ilin birinci yarısında, həmçinin korporativ hesabların ələ keçirilməsinə hədəflənmiş hücumların sayında artım qeydə alınıb. Bu metod çərçivəsində sistematik axtarıb tapma, parol siyahıları və əvvəlki müdaxilələr nəticəsində ələ keçirilmiş qeydiyyat məlumatları istifadə olunur. Fişinq hücumlarının tezliyini, zərərverici proqram təminatının köməyi ilə informasiyanın ələ keçirilməsi və bundan əvvəl ələ keçirilmiş parolların təkrar istifadə tezliyini nəzərə alaraq, istifadəçilərin giriş üçün məlumatları digər təhlükəsizlik metodları ilə kombinasiya etməsi çox vacibdir.

 

Mütəxəssislərin bəyanatına görə, təşkilatlar üçün çoxfaktorlu autentifikasiyanın tətbiq edilməsi artıq zərurətə çevrilib. “Microsoft”un məlumatına görə, ondan istifadə hesablara müdaxiləyə hədəflənmiş bütün hücumların 99%-nin qarşısını alır.

 

Emil Hüseynov





Baxış sayı: 254

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






07 May 2024

06 05 2024