12px13px15px17px
Tarix:01/10/20

Rulon ekranlı ilk “LG” televizoru buraxılıb

“LG” şirkəti rulon matrisalı ilk televizor təqdim edib. Bu barədə “GizChina” nəşrinin şirkətin materiallarına istinadən məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “LG Signature OLED TV R” adlı model bazarda təmsil olunan digər qurğulardan xüsusi altlığa bükülən elastik “OLED” ekrana malik olması ilə fərqlənir. Qurğunun təsvirində qeyd olunur ki, panelin bükülməsi və açılması prosesi təxminən 15 saniyə təşkil edir. Elastik displey qurğu gündə 10 dəfə yanıb-sönmə ilə 50 min dövr və ya 13 il istismar müddəti üçün hesablanıb.

 

Məlumata görə, “4К” təsvir ölçüsünü dəstəkləyən televizor 100 vatt gücündə quraşdırılmış akustik sistemlə təchiz edilib.

 

Jurnalistlər qeyd edib ki, “LG Signature OLED TV R” ilk dəfə 2019-cu ilin yanvarında keçirilən “Consumer Electronics Show” (CES) sərgisində nümayiş olunub. Lakin həmin vaxt şirkət tərəfindən qurğunun prototipi təqdim edilib. Hazırda rulon ekranlı televizor üçün ilkin sifarişlərin qəbul edildiyi sayt fəaliyyət göstərir. Oktyabrda satışa çıxarılacaq “LG Signature OLED TV R” televizorunun qiyməti 100 milyon Cənubi Koreya vonu təşkil edir.

 

Nizam Nuriyev





Baxış sayı: 252

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024