12px13px15px17px
Tarix:01/10/20

Avropa Birliyi silinməyən proqramların smartfonlara quraşdırılmasını qadağan etməyi təklif edib

Avropa Birliyinin nümayəndələri nəhəng internet şirkətləri tərəfindən smartfon və başqa elektronika cihazlarına silinməyən proqramların məcburi quraşdırılması imkanlarının məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi hazırlayıb. Qəbul edildiyi təqdirdə sözügedən sənəd “Amazon”, “Apple”, “Facebook” və “Google” kimi texnologiya nəhənglərinin fəaliyyətinə təsir göstərəcək, eyni zamanda sənəddə istifadəçi məlumatları ilə bağlı bir sıra başqa məhdudiyyət və təlimatlar öz əksini tapıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, 30 bənddən ibarət olan sənəd layihəsi iri şirkətlərin müxtəlif sayt və ya platformalarda öz xidmətlərini populyarlaşdırmaq metodlarından istifadəsinə qadağa qoyulmasını nəzərdə tutur. Qadağan edilmiş hərəkətlər siyahısına silinməyən mobil proqramların mobil cihazlara quraşdırılması da daxildir.

 

Həmçinin Avropa Birliyinin nümayəndələri iri şirkətlərin öz kommersiya fəaliyyətini həyata keçirmək üçün platformada toplanmış şəxsi məlumatların istifadəsindən imtina etməsinə təkid edirlər.

 

Emil Hüseynov





Baxış sayı: 264

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 May 2024

05 05 2024