12px13px15px17px
Tarix:23/10/20

Virusları məhv edən tibbi maska yaradılıb

Ənənəvi tibbi maskalar virusun insanın tənəffüs yollarına düşməsinin qarşısını alaraq onu tutmaq üçün nəzərdə tutulub. Lakin bu halda yoluxucu agent sağ qalır, buna görə qoruyucu vasitəni hər istifadədən sonra atmaq tövsiyə edilir. Amerikalı alimlər, demək olar ki, bütün tip virusları məhv edən orijinal çoxdəfəli maska konsepsiyası hazırlayıblar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, Massaçusets Texnologiya İnstitutunun tədqiqatçılardan ibarət komandası tərəfindən hazırlanmış qurğu virusları öz səthində saxlamır, məhv edir. İxtiranın iş prinsipi tibb maskasına qurulmuş isinən mis torun köməyi ilə virusların təsirsiz hala gətirilməsinə əsaslanır.

 

"Bu tamamilə yeni maska konsepsiyasıdır, çünki o, ilk növbədə virusu bloklamır. Virusun maskadan keçməsinə imkan verir, ancaq sonra onu zərərsizləşdirir" – Massaçusets Texnologiya İnstitutunun kimyəvi mühəndislik professoru Maykl Strano deyib.

 

Emil Hüseynov





Baxış sayı: 288

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 May 2024

03 05 2024