12px13px15px17px
Tarix:02/11/20

Pandemiya kibertəhlükəsizlik sahəsində mütəxəssis çatışmazlığına səbəb olacaq

2021-ci ildə dünyanın əksər regionlarında informasiya təhlükəsizliyi sahəsində mütəxəssis çatışmazlığı müşahidə edilə bilər. Bu barədə "PwC" şirkəti tərəfindən aparılan tədqiqatın nəticələrində deyilir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, informasiya texnologiyaları bazarının müxtəlif sektorlarını əhatə edən sorğuya görə, 2021-ci ildə dünya şirkətlərinin təxminən yarısı (51 faiz) kibertəhlükəsizlik istiqaməti üzrə əməkdaşların sayını artırmaq niyyətindədir.

 

İnformasiya təhlükəsizliyi sahəsində mütəxəssislərə tələbatın kəskin artması pandemiya ilə əlaqədardır. Məsafədən iş və distant təhsil üçün platformaların sürətli inkişafı səbəbindən dünya şirkətlərində belə sistemlərin etibarlı, stabil və təhlükəsiz işini, eləcə də ötürülən məlumatların mühafizəsini təmin etmək qabiliyyətinə malik ekspertlərə ehtiyac yaranıb.

 

Tədqiqata görə, qlobal miqyasda şirkətlərin 22 faizi kibertəhlükəsizlik sahəsində əməkdaşların ştatını 5 faizdən çox artırmağı planlaşdırır.

 

Hesabatda qeyd olunur ki, işəgötürənlər əmək bazarında kibertəhlükəsizlik üzrə mütəxəssislərin axtarışında kəskin rəqabətlə üzləşirlər. Bu yaxınlarda aparılan tədqiqatlara görə, təkcə ABŞ-da kibertəhlükəsizlik sahəsində vəzifələrə namizədlərin sayı vakansiyalardan 50 faiz azdır.

 

Nizam Nuriyev





Baxış sayı: 260

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 May 2024

03 05 2024