12px13px15px17px
Tarix:21/11/20

“Microsoft Teams” xidmətində brauzer üzərindən edilən videozənglər ödənişsiz olub

“Microsoft Teams” xidmətinin rəhbərliyi “Zoom” istifadəçilərini cəlb etmək üçün yeni aksiya düşünüb: brauzer üzərindən edilən bütün videozənglər ödənişsiz olub. Bundan başqa, indi istifadəçilər bütün günü mesajlaşa bilərlər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “Microsoft Teams” xidmətində limitsiz ünsiyyət 300 nəfərədək olan konfranslara aiddir. Çata brauzer üzərindən ödənişsiz qoşulmaq olar. Bunun üçün “Microsoft” və ya “Microsoft Teams” hesabına ehtiyac yoxdur.
 
Translyasiya yaratmaq üçün “Microsoft” hesabının köməyi ilə “Microsoft Teams” xidmətinə daxil olmaq lazımdır. Bundan sonra videozəng bağlantısını başqa istifadəçilərlə paylaşmaq mümkün olacaq. Onlar “Microsoft” hesabı olmadan brauzer üzərindən çata qoşula biləcəklər.
 
“Microsoft Teams” xidmətində pulsuz sessiyanın müddəti 24 saatdır və bu, rəqiblər arasında ən əlverişli təklifdir. “The Verge” nəşri yazır ki, “Zoom” xidmətində limit 40 dəqiqə, “Google Meet”də 60 dəqiqə, “Cisco Webex”də isə 50 dəqiqə təşkil edir.
 
Emil Hüseynov




Baxış sayı: 2284

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






17 Yanvar 2021

16 01 2021

16/01/21
“HP EliteBook 805 G8” noutbuklar seriyasına üç model daxildir

“HP” şirkəti “EliteBook 805 G8” seriyalı portativ kompüterlər təqdim edib. Korporativ istifadəçilər

16/01/21
Beynəlxalq vaksinləmə pasportu yaradılacaq

“Microsoft”, “Oracle” və “Salesforce” və bir sıra digər şirkətlər vahid rəqəmli vaksinləmə