12px13px15px17px
Tarix:07/12/20

Çinin kvant kompüteri “Google”un qurğusundan 10 milyard dəfə daha güclüdür

Çinli alimlər dünyada ən güclü kvant kompüteri təqdim ediblər. Tədqiqatçılar bildiriblər ki, yeni kvant kompüteri “Google”un analoji qurğusundan 10 milyard dəfə daha sürətlidir. O, mürəkkəb fiziki təcrübələr vaxtı sürətləndirilmiş hesablamalar üçün lazımdır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, öz işi üçün işıq hissəciklərindən istifadə edən foton kvant kompüteri adi kompüter üçün əlçatmaz olan hesablamalar aparıb. Bu hadisə "kvant üstünlüyü" adlandırılır, bundan əvvəl yalnız 2019-cu ildə “Google”un kvant kompüterində ona nail olunub. Ancaq şirkətin qurğusu fotona deyil, yüksək keçirici materiallara əsaslanır.
 
Yeni kvant kompüteri 200 saniyə ərzində çox mürəkkəb hesablama apara bilər ki, bu da dünyanın ən sürətli ənənəvi kompüterində yarım milyard ilə bərabərdir. “Jiuzhang” adlı yeni qurğu öz ətrafında fotonları hərəkət etdirən optik qurğuların mürəkkəb massivindən ibarətdir.
 
Emil Hüseynov




Baxış sayı: 544

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






03 May 2024

02 05 2024