12px13px15px17px
Tarix:07/12/20

Kibercinayətkarlıq nəticəsində qlobal iqtisadiyyata dəymiş zərər hesablanıb

Hazırda kibercinayətkarlıq nəticəsində qlobal zərər 1 trilyon dolları (qlobal ÜDM-nin təxminən 1%-i) ötür ki, bu da 2018-ci ildə qeydə alınmış zərərdən 50% çoxdur. Bu haqda “McAfee” şirkəti və Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzinin birgə araşdırmasında deyilir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, şirkətlərin 92%-i maliyyə zərərindən başqa haker hücumlarının digər mənfi nəticələrini də hiss ediblər, son nəticədə bu, biznesə zərər vurur. Məsələn, İT sistemlərə müdaxilə brendə və şirkətin nüfuzuna zərər vurur. Bu haqda araşdırma iştirakçılarının 26%-i deyib. Bu hadisə ilə üzləşmiş biznesin nümayəndələri şirkətin nüfuzunu bərpa etmək üçün bahalı məsləhətçilər cəlb etməklə yanaşı, həmçinin texniki mütəxəssislərdən ibarət heyətin sayını artırmağa məcbur olublar.
 
Araşdırmada iştirak etmiş şirkətlərin 66%-i kiberhücumlar nəticəsində İT sistemlərdə nasazlıqla üzləşiblər. 2019-cu ildə bu nasazlıq biznesə orta hesabla təxminən 762 min dollar məbləğində zərər vurub.
 
Emil Hüseynov




Baxış sayı: 843

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024