12px13px15px17px
Tarix:10/12/20

“MicroLED” ekranlı “Samsung” televizoru təqdim edilib

“Samsung Electronics” şirkəti yüksək görüntü keyfiyyətini təmin edən “MicroLED” texnologiyalı yeni nəsil “ağıllı” televizor nümayiş etdirib. Qurğu premium səviyyəli ev kinoteatrlarının tərkibində istifadə üçün nəzərdə tutulub.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, təqdim edilən televizorda ölçüləri bir neçə mikron təşkil edən mikroskopik işıq diodlarından istifadə olunub. “MicroLED” texnologiyası rəng filtrləri və ya əlavə işıqlandırma tələb etməyərək yüksək rəngverməni təmin edir.
 
Məlumata görə, əvvəllər “The Wall” modul ekranlarında tətbiq edilən “MicroLED” sistemi hazırda klassik formatlı istehlak televizorlarında istifadə edilməyə başlayıb. Nümayiş olunan panelin diaqonal ölçüsü 110 düym təşkil edir və “4K HDR” texnologiyasını dəstəkləyir.
 
Yeni qurğu “DCI-P3” və “Adobe RGB” rəng məkanlarını 100 faiz əhatə edir. Bundan başqa, çərçivəsiz ekran üst səthinin 99,9 faizini əhatə edir. Panelin istismar müddəti 100 min saat təşkil edir.
 
Quraşdırılmış “Majestic Sound System” audiosistemi 5.1 səs keyfiyyətini kənar dinamiklərdən istifadə etmədən yaradır. “Multi View” funksiyası isə ekranda müxtəlif mənbələrdən kontenti göstərmək üçün onu dörd hissəyə bölməyə imkan verir.   
 
Qiyməti hazırda açıqlanmayan televizorun növbəti ilin birinci yarısında dünya bazarına çıxarılacağı gözlənilir.
 
Nizam Nuriyev




Baxış sayı: 401

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






09 May 2024

08 05 2024