12px13px15px17px
Tarix:23/12/20

Elmir Vəlizadə “Caspian Business Award 2020” mükafatına layiq görülüb

5-ci Beynəlxalq "Caspian Business Award 2020" mükafatının təqdimetmə mərasimi keçirilib. "COVID-19" pandemiyası ilə əlaqədar tədbir onlayn formatda təşkil olunub. Mərasimdə diplomatik missiyaların, dövlət qurumlarının, nazirliklərin nümayəndələri, "Caspian Energy Club"un üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.
 
Mükafat "COVID-19" pandemiyası dövründə Azərbaycan və Xəzər-Qara dəniz regionu ölkələrinin iqtisadiyyatının inkişafına xüsusi töhfə vermiş şirkətlərə və biznes-hökumət dialoqunun inkişafinda rolu olan şəxslərə təqdim olunub.
 
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə "Caspian Energy Club" tərəfindən mükafatlandırılıb. Qurumun baş icraçı direktoru Telman Əliyev bildirib ki, kluba üzv olan 1500 şirkət rəhbəri arasında keçirilən sorğunun nəticəsinə görə, Elmir Vəlizadə biznes-hökumət dialoqunun inkişafina verdiyi xüsusi töhfəyə görə "Caspian Business Award 2020" mükafatına layiq görülüb.
 
Öz növbəsində Elmir Vəlizadə mükafata layiq görüldüyü üçün "Caspian Energy Club"un rəhbərliyinə və üzvlərinə təşəkkür edib. O bildirib ki, koronavirus səbəbindən biznes-forumların fəaliyyətində müəyyən çətinliklər yaransa da, "Caspian Energy Club" dövlət – biznes əməkdaşlığını davam etdirib. Nazir müavini qeyd edib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi dövlət qurumu kimi özəl sektora dəstək göstərir. Elmir Vəlizadə Qarabağın azad olunmasının ölkəmizdə yeni reallıqlar yaratdığını və şirkətlər üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.



 





Baxış sayı: 1745

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Mart 2021

03 03 2021

03/03/21
“WhatsApp” messencerinə ünsiyyəti daha təhlükəsiz edən yeni funksiya əlavə ediləcək

“WhatsApp” messencerinə özü avtomatik silinən şəkillərin göndərilməsi funksiyası əlavə ediləcək. Bu barəd

03/03/21
Çin ucuz elektrik enerjisinə malik regionda mayninqi qadağan edəcək

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlb

03/03/21
“Microsoft” korporasiyası qarışıq reallıq platformasını təqdim edib

“Microsoft” korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təq

03/03/21
Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar

1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir e

03/03/21
Bill Qeyts “iOS” və “Android” sistemlərini müqayisə edib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb. Bu barədə

03/03/21
“Əşyalar interneti”nə mobil qoşulmaların sayı 3,5 milyarda çatacaq

2030-cu ildə mobil şəbəkələrə qoşulan “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularınn sayı 3,5

03/03/21
Dünya yarımkeçiricilər bazarında artım qeydə alınıb

Dünya çip bazarında 2021-ci ildən artım başlayıb. Belə ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Se

03/03/21
Qatlanan “iPhone” haqqında yeni təfərrüatlar məlum olub

İlk qatlanan “Apple” smartfonu 2023-cü ilə buraxılacaq. Bu barədə “9to5mac” nəşrinin məşhur