12px13px15px17px
Tarix:21/01/21

“Honor Smart Screen X1” televizoru buraxılıb

Yanvarın 20-dən 75 düym diaqonallı və “4К” formatlı (3840 × 2160 piksel) qabaqcıl “Honor Smart Screen X1” televizor modelinin satışlarına başlanılıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, qurğu iki “ARM Cortex-A73” və “ARM Cortex-A53” nüvəsi və “Mali-G51” qrafik sürətləndiricisinə malik “Honghu 818” prosessoru üzərində qurulub. Operativ yaddaş tutumu 2 giqabayt təşkil edir.

 

Televizor 16 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilsə də, istifadəçilər yalnız 8 giqabaytdan yararlana biləcəklər. Həmçinin xarici toplayıcını qoşmağa imkan verən “USB 3.0” portu mövcuddur.

 

Panel dörd 10 vatlıq dinamikə malik audiosistemlə təchiz olunub. Müxtəlif məsafələrdən səsli komandaların tanınması üçün altı mikrofondan ibarət massiv cavabdehlik daşıyır.

 

Çıxışlar dəstinə üç “HDMI 2.0” interfeysi, “Ethernet” şəbəkə portu və standart audio və videoçıxış daxildir. Proqram platforması kimi “Harmony OS/Hongmeng OS” əməliyyat sistemi tətbiq edilib.

 

Ekran 60 giqaherslik yeniləmə tezliyinə malikdir, həmçinin “DCI-P3” rəng sahəsi 92 faiz əhatə olunur. Nazik çərçivələr sayəsində ekran ön səthin 94 faizini əhatə edir.

 

“Honor Smart Screen X1” televizorunun təxmini qiyməti 850 dollar təşkil edir. Gələcəkdə modelin qiymətinin 930 dollaradək artacağı gözlənilir.

 

Nizam Nuriyev





Baxış sayı: 133

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






04 Mart 2021

04/03/21
Smartfon çatışmazlığı proqnozlaşdırılır

Çinin “ITHome” nəşrində smartfon defisiti üçün zəmin yarandığı bildirilən material dərc olunub.

04/03/21
“MediaTek” şirkəti “ağıllı” televizorlar üçün prosessor təqdim edib

“MediaTek” şirkəti “4K” formatlı (3840 × 2160 piksel) “ağıllı” televizorlarda istifadə

03 03 2021

03/03/21
“WhatsApp” messencerinə ünsiyyəti daha təhlükəsiz edən yeni funksiya əlavə ediləcək

“WhatsApp” messencerinə özü avtomatik silinən şəkillərin göndərilməsi funksiyası əlavə ediləcək. Bu barəd

03/03/21
Çin ucuz elektrik enerjisinə malik regionda mayninqi qadağan edəcək

Çinin şimalında yerləşən Daxili Monqolustan Muxtar Rayonu ucuz elektrik enerjisinə görə mayninq üçün cəlb

03/03/21
“Microsoft” korporasiyası qarışıq reallıq platformasını təqdim edib

“Microsoft” korporasiyası başqa insanlarla işləmək və kommunikasiya qurmaq üçün öz yeni platformasını təq

03/03/21
Avropada istehsalçılar texnikanı 10 il müddətinədək təmir etməli olacaqlar

1 mart tarixində Avropa İttifaqında istehsalçıların üzərinə məişət texnikasını 10 il müddətinədək təmir e

03/03/21
Bill Qeyts “iOS” və “Android” sistemlərini müqayisə edib

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts ən yaxşı mobil əməliyyat sistemini açıqlayıb. Bu barədə

03/03/21
“Əşyalar interneti”nə mobil qoşulmaların sayı 3,5 milyarda çatacaq

2030-cu ildə mobil şəbəkələrə qoşulan “Əşyalar interneti” (Internet of Things, IoT) qurğularınn sayı 3,5

03/03/21
Dünya yarımkeçiricilər bazarında artım qeydə alınıb

Dünya çip bazarında 2021-ci ildən artım başlayıb. Belə ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (Se

03/03/21
Qatlanan “iPhone” haqqında yeni təfərrüatlar məlum olub

İlk qatlanan “Apple” smartfonu 2023-cü ilə buraxılacaq. Bu barədə “9to5mac” nəşrinin məşhur