12px13px15px17px
Tarix:20/12/11

“Apple” korporasiyasının zavodunda partlayış olub

“Apple” qurğuları üçün komponentlər istehsal edən şirkətin Pegatron  zavodunda partlayış olub. Partlayış nəticəsində 61 insan zərər çəkib,- “Röyters” agentliyi xəbər verib.

Hadisə şənbə günü, dekabr ayının 17-də, yerli vaxtla təxminən saat 15:40 radələrində Şanxayda yerləşən zavodda baş verib.

Zərərçəkənlərin əksəriyyəti yüngül zədələniblər, lakin 23 insan yanma ilə əlaqədar xəstəxanaya yerləşdirilib. Pegatron nümayəndələri əmin ediblər  ki, onların həyatları üçün heç bir qorxu yoxdur.
İlkin versiyaya əsasən, partlayış havada alüminium tozunun toplanmasına  görə olub.




Baxış sayı: 852

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024