12px13px15px17px
Tarix:24/02/21

“Android” smartfonları təxirə salınmış SMS mesajlar göndərə biləcəklər

“Android” sisteminin idarəetməsi altında işləyən smartfon sahibləri "Mesajlar" proqramını yeniləyə bilərlər. “Google” şirkəti yeniləmədə kiçik düzəlişlərdən başqa ona təxirə salınmış “SMS” göndərmək imkanını əlavə edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, sözügedən funksiya “Telegram”la oxşar şəkildə işləyir: istifadəçi mesajı yazır, bundan sonra onun "adresat"a çatacağı vaxtı müəyyənləşdirir. Yeni funksiya “Android 7” və yuxarı versiyaların idarəetməsi altında işləyən bütün qurğularda əlçatandır. Proqramın yeni versiyasını “Google Play” proqramlar mağazasından yükləmək mümkündür.

 

Emil Hüseynov





Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024