12px13px15px17px
Tarix:01/03/21

Brauzer üçün genişlənmə populyar poçt xidmətinə müdaxiləyə səbəb ola bilər

Brauzer üçün “FriarFox” adlı genişlənmə populyar “Gmail” poçt xidmətinə müdaxilə və qurbanın yazışmasına tam giriş əldə edə bilər. Bu haqda informasiya təhlükəsizliyi üzrə ixtisaslaşmış “Proofpoint” şirkətinin saytında məlumat verilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mütəxəssislərin məlumatına görə, Çinin “TA413” kibercinayətkar qruplaşması bu zərərli proqram təminatının köməyi ilə istifadəçilərə hücum edir. Haker qrupu bu üsulla Tibet təşkilatlarının “Gmail”dəki hesablarına müdaxiləyə cəhd edib.

 

“Firefox” brauzeri üçün genişlənmə quraşdırma vaxtı qurbana məxsus elektron poçt üzərində nəzarəti ələ keçirir. Hücum “Adobe Flash Player” proqram təminatının saxta yeniləmə səhifəsinə linkdən ibarət fişinq məktubu ilə həyata keçirilir. Fişinq məktubundakı link yalnız “Firefox” brauzerindən istifadə vaxtı təhlükəli olub.

 

Nəticədə hakerlər poçt hesabı üzərində nəzarəti ələ keçirməyə müvəffəq olublar.

 

Emil Hüseynov





Baxış sayı: 574

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024