12px13px15px17px
Tarix:05/03/21

Şəhid anaları ziyarət edilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin əməkdaşları şəhid analarını ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.

 

Bayramlarda, əlamətdar günlərdə şəhid ailələrinin ziyarət edilməsi artıq bir ənənə halını alıb. Şəhid analarını 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edən nazirlik əməkdaşları Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramlarını bildiriblər. Şəhidlərimiz kimi, onların analarının, ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıblar. Qeyd olunub ki, adları Azərbaycan tarixinə qəhrəman kimi düşən şəhidlərimiz gənclərimiz üçün ən gözəl örnəkdir.

 

“Xalqımız onlara qələbə sevinci, qələbə duyğusu yaşadan şəhidlərimizi daim qürurla yad edir. Eyni zamanda Vətən uğrunda övladlarını itirən valideynlərin, ailələrin kədərini də bölüşür”, – deyə bildirilib.

 

Şəhid analarına bütün xalqımızın fəxr etdiyi övladlar böyütdükləri üçün təşəkkür edilib.

 

Söhbət zamanı analar övladları ilə bağlı xatirələrini bölüşüb, onların vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərdən danışıblar. Şəhid anaları qürur hissi ilə vurğulayıblar ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı, ədalət bərqərar oldu və onların övladlarının ruhları şaddır.

 

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mütəmadi olaraq müxtəlif sosial məsuliyyət tədbirləri həyata keçirir.

 

 

 

 

 





Baxış sayı: 1849

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Aprel 2021

22 04 2021

22/04/21
“Samsung” şirkəti köhnə smartfonları “ağıllı” ev qurğularına çevirəcək

“Samsung Electronics” şirkəti tərəfindən elan edilən “Galaxy Upcycling at Home” təşəbbüsü çərçiv

22/04/21
Virtual reallıq bazarında 51 faizlik illik artım gözlənilir

Dünya virtual reallıq bazarının illik həcmi 51,1 faiz (CAGR göstəricisi) artaraq 2026-cı ildə 100 milyard

22/04/21
“Instagram”da yeni funksiya əlçatan olacaq

“Instagram”da istifadəçilərə təhqiramiz ifadələrdən ibarət mesajları gizlətməyə imkan verəcək yeni funksi

22/04/21
Ən populyar smartfon istehsalçısı açıqlanıb

“Samsung” şirkəti 2021-ci ilin birinci rübünün yekunları üzrə ən böyük smartfon

22/04/21
“Apple” şirkətinin “AirTags” “ağıllı” cihazı xəritələrin köməyi ilə əşyaları tapmağa imkan verəcək

“Apple” şirkəti başqa əşyaları tapmağa kömək edəcək “AirTags” adlı ilk “ağıllı” cihazını təqdim

22/04/21
“Siemens” və “Google” süni intellekt sahəsində əməkdaşlıq edəcək

Almaniyanın sənaye nəhəngi “Siemens” və “Google” korporasiyası prosesləri optimallaşdırmağa və zavodların

22/04/21
“Amazon” Londonda yeni texnologiyanın sınaqdan keçiriləcəyi bərbərxana açıb

“Amazon” şirkəti Londonda sənayedə ən yeni texnologiyaların sınağının planlaşdırıldığı “Amazon Salon” adl