12px13px15px17px
Tarix:11/03/21

“Windows” yeniləməsi sistemi sıradan çıxarıb

“Microsoft” korporasiyasına məxsus əməliyyat sisteminin fevral yeniləməsi “Windows” əməliyyat sisteminin işinə mənfi təsir göstərib. Bu barədə “Windows Latest” nəşrinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, jurnalistlər rəsmi “Microsoft” forumunda, “Reddit” saytında və digər sosial şəbəkələrdə dərc edilən şikayətlərə diqqət yetiriblər. “Windows” sisteminin lisenziyalı surətlərinin sahiblərinin sözlərinə görə, onlar aktual “KB4601319” yeniləməsini quraşdırdıqdan sonra problemlərlə üzləşiblər. Məsələn, bir sıra istifadəçilər bildirib ki, sistemin ehtiyat surətçıxarma funksiyası sıradan çıxıb. Bu halda nasazlıq zamanı fərdi məlumatların itirilmə riski artır.

 

İstifadəçilərin bir qismi qeyd edib ki, ehtiyat surətçıxarma parametrləri çağırılan zaman onlar yubanma ilə görünür, məlumatların yaddaşda saxlanılması prosesi isə çox vaxt səhvlə başa çatır. Bu halda “Ehtiyat surəti indi yarat” funksiyası seçilsə, “Windows” tərəfindən ehtiyat surətçıxarma funksiyasının işləməməsini bildirən məlumat göstəriləcək.

 

Mütəxəssislər vurğulayıb ki, problemin yeganə həlli “KB4601319” yeniləməsinin ləğv edilməsidir.

 

Digər istifadəçilər əlavə edib ki, ehtiyat surətçıxarma ilə yanaşı, onlara məxsus qurğularda veb-kameralar sıradan çıxıb.

 

“Microsoft” korporasiyasının mütəxəssisləri istifadəçilərin şikayətlərinə hələ ki reaksiya verməyiblər.

 

Nizam Nuriyev





Baxış sayı: 400

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






06 May 2024

05 05 2024