12px13px15px17px
Tarix:02/04/21

“Google Meet” videokonfranslar xidmətindən pulsuz istifadə iyunun 30-dək uzadılıb

Ötən il “Google” şirkəti bütün istifadəçilər üçün “Meet” videokonfranslar xidmətinə pulsuz və limitsiz giriş imkanı yaratmışdı. Əvvəlcə şirkət 2020-ci ilin payızında xidmətdən istifadənin standart şərtlərini tətbiq etməyi planlaşdırırdı. Lakin “Meet” xidmətindən pulsuz istifadə 31 mart 2021-ci il tarixinədək uzadıldı, indi isə bu müddətin 30 iyunadək davam edəcəyi məlum olub.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3dnews.ru” saytına istinadən yazır ki, internet nəhəngi koronavirus pandemiyasının artması fonunda “Gmail” hesabı olan bütün istifadəçilərin “Meet” xidmətindən pulsuz istifadəsi ilə bağlı qərar qəbul etmişdi. Bu zaman dünyada bir çox insanlar distant rejimdə işləmək və oxumaq məcburiyyətində idilər, yaxın insanlarla şəxsi əlaqələr isə məhdud idi. Bu səbəbdən iş proseslərinin qurulmasına, təhsil almağa və ya sadəcə, ünsiyyət saxlamağa imkan verən videokonfrans xidmətlərinə böyük zərurət yarandı. “Google” şirkəti “Meet” videokonfranslar xidmətində zənglər üçün 60 dəqiqəlik məhdudiyyəti aradan qaldırmaqla öz xidmətini xeyli populyarlaşdırmağa nail oldu.

 

Emil Hüseynov





Baxış sayı: 1662

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024