12px13px15px17px
Tarix:05/04/21

Yeni “Casio” “ağıllı” saatı təqdim olunub (VİDEO)

"Casio" şirkəti "GSW-H1000" "ağıllı" saatını təqdim edib. Şirkət 2016-cı ildən "ağıllı" saatların buraxılışı ilə məşğul olsa da, bu, idmançılar və ekstremal idman növü həvəskarları üçün "G-Shock" mühafizəli saatlar seriyasında ilk qurğudur.

 

"ICTnews" Elektron Xəbər Xidməti "NEWSru" resursuna istinadən yazır ki, yeni saat "Google" şirkətinin "Wear OS" əməliyyat sisteminin idarəetməsi ilə işləyir. Saatın massiv korpusu zərbələrdən etibarlı qorunur və 200 metr su dərinliyində işləyir.

 

"GSW-H1000" saatı vaxtın göstərilməsi üçün daim işləyən "LCD" monoxrom ekranını birləşdirən 360*360 pikselli 1,2 düym diaqonallı displey və istifadəçinin aktivliyi haqqında informasiya üçün rəngli ekranla təchiz edilib. Bundan başqa, saat ürək ritminin izlənilməsi üçün sensor, kompas, "GPS" modul, altimetr, akselerometr və giroskopa malikdir. Qurğunun proqram təminatı 40-dək fiziki aktivlik növünü müəyyənləşdirə bilir. Avtonom iş vaxtı rəngli ekran rejimində istifadədə təxminən yarım gün, monoxrom displeydən istifadə rejimində isə 1 ay təşkil edir.

 

Yeni "Casio" saatı qırmızı, göy və qara rənglərdə təklif olunacaq. Qurğunun ABŞ-da qiyməti 700 dollar təşkil edəcək.

 

Nizam Nuriyev

 






Baxış sayı: 498

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024