12px13px15px17px
Tarix:30/06/21

Nazirlikdə sürətli poçt xidməti göstərən poçt operatorları ilə görüş keçirilib

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyində sürətli poçt xidməti göstərən poçt operatorları ilə görüş keçirilib. Nazir müavini Rövşən Rüstəmovun sədrliyi ilə keçirilən görüşdə nazirliyin, sürətli poçt xidməti bazarında fəaliyyət göstərən aparıcı poçt operatorlarının və “Azərpoçt” MMC-nin nümayəndələri iştirak edib.

 

Rövşən Rüstəmov poçt bazarındakı ümumi vəziyyət, dövlət və özəl sektorun əməkdaşlığı, bu sahədə nazirliyin həyata keçirdiyi tədbirlər barədə iştirakçılara məlumat verib. Daha sonra sürətli poçt xidməti göstərən operatorların fəaliyyətlərində üzləşdikləri çətinliklər və poçt sektorunun perspektiv inkişafı məsələləri müzakirə edilib.

 

Sonda bu kimi görüşlərin gələcəkdə daha intensiv keçirilməsi qərarlaşdırılıb.

 

 

 

 

 





Baxış sayı: 3115

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Sentyabr 2021

17 09 2021