12px13px15px17px
Tarix:13/01/12

“Facebook” istifadəçilərinin sayı 1 milyarda çatacaq

“iCrossing” analitik şirkətinin informasiyasına əsasən, “Facebook” istifadəçilərinin sayı 2012-ci ilin avqust ayında 1 milyarda çatacaq. Analitiklərin fikrincə, bu, bir sıra Şimali Amerika və Avropa ölkələrində sosial şəbəkənin populyarlığının artması ilə bağlıdır.

“iCrossing” analitik şirkətinin məlumatına əsasən, Braziliya və Hindistan kimi ölkələr istifadəçi sayının artmasını təmin edəcəklər.

2011-ci ilin 22 sentyabr tarixinə olan məlumata əsasən, “Facebook” şəbəkəsində hal-hazırda 800 milyon aktiv istifadəçi və 350 milyon aktiv mobil versiya istifadəçisi var. Sosial şəbəkənin gündəlik auditoriyası 400 milyonu ötür. Sentyabr ayından bəri statistika yenilənməyib.
 




Baxış sayı: 1640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024