12px13px15px17px
Tarix:25/01/12

Yüksəksürətli enerjidən asılı olmayan yaddaş mikroçiplərinin ilk nümunəsi hazırlanıb

Yaponiyanın “Elpida” şirkəti təsadüfi müraciətlə yüksəksürətli enerjidən asılı olmayan rezistiv yaddaşın ilk nümunələrinin yaradılması haqqında bildirib.

“ReRAM” (və ya RRAM) yaddaşı “DRAM” və “NAND” fləş yaddaşın üstünlüklərini birləşdirir. “ReRAM” mikrosxemləri “DRAM” kimi təqribən  eyni sürəti təmin edəcək.

Bununla belə yeni yaddaş formatı enerjidən asılı olmayacaq.  “NAND” fləş yaddaşı ilə müqayisədə yeni tip yaddaş aşağı enerji sərfiyyatı ilə səciyyələnir və daha çox yenidən yazma dövrlərinə malikdir.


“Elpida” şirkəti tərəfindən təqdim edilmiş “ReRAM” mikroçip nümunələri 50 nanometr texnoloji proses üzrə hazırlanıb. Onların tutumu 64 meqabit təşkil edir. “Elpida” şirkəti “ReRAM” mikrosxemlərini 2013-cü ildə 30 nanometr texnoloji proses üzrə istehsal etməyi nəzərdə tutur.

Yeni tip yaddaşdan fərdi kompyuter, cib media pleyerləri, videokamera və digər cihazlarda istifadə etmək planlaşdırılır.




Baxış sayı: 1208

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024