12px13px15px17px
Tarix:06/02/12

"Eurovision"la bağlı yanlış məlumat yayan saytlar bağlanacaq

"Eurovision  2012" mahnı müsabiqəsi ilə bağlı müxtəlif məqsədlər üçün yaradılan bəzi internet saytları ilə bağlı tədbirlər görüləcək. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə müsabiqənin təşkilati işlər üzrə rəhbəri Sietse Bekker məlumat verib.

Onun sözlərinə görə, təkcə saytlar deyil, eyni zamanda «Facebook», «Twitter» və digər sosial şəbəkələrdəki qeyri-qanuni olaraq rəsmi ad altında açılan səhifələrlə bağlı addımlar atılacaq.


"Eurovision" müsabiqəsinin rəsmi səhifəsi adı altında fəaliyyət göstərən müxtəlif internet saytlarında və sosial şəbəkələrdə ictimaiyyəti çaşdıran yanlış informasiyaların verilməsinə münasibət bildirən Bekkerin sözlərinə görə, bu problem çox tez-tez baş verir və müxtəlif şəxslər rəsmi ad altında səhifələr yaradır: «Biz bunları aşkar etdikdə onların bağlanması təklifi ilə müraciət edirik. 2012-ci il ərzində 15-ə yaxın səhifənin fəaliyyətinin dayandırılması üçün müraciət edilib».


SEYMUR



Baxış sayı: 1236

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024