12px13px15px17px
Tarix:07/02/12

Hüquqi şəxslərin elektron qeydiyyatı rüsumsuz aparılacaq

Bu gün Vergilər Nazirliyi «Hüquqi şəxslərin elektron dövlət qeydiyyatı» sisteminin təqdimat mərasimini keçirib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, tədbirdə bildirilib ki, bu gündən etibarən hüquqi şəxslərin elektron qeydiyyatı rüsumsuz aparılacaq, nizamnamə kapitalının isə əvvəlcədən ödənilməsi tələb olunmayacaq.

Üstəlik, dövlət qeydiyyatının tətbiq edilməsi nəticəsində biznesə başlamaq üçün 6 prosedura əvəzinə 3 prosedura yerinə yetiriləcək. Bununla belə, qeydiyyat üçün tələb olunan sənədlərin sayı da azaldılaraq 7-dən 2-yə endirilib.

Nazirliyin İqtisadi Təhlil və Sahibkarlıq Subyektlərinin Dövlət Qeydiyyatı Baş İdarəsinin rəisi Natiq Şirinov bildirib ki, sistemə 2 məlumat daxil etmək kifayət edəcək. Digər məlumatlar isə sistem tərəfindən yerləşdirilir. Onun sözlərinə görə, elektron qeydiyyat zamanı yeni yaradılacaq şirkətin nizamnaməsi, ərizə və yaradılma barədə qərar sistem tərəfindən avtomatik şəkildə qoşulur.

Fiziki şəxslər isə şəxsiyyət vəsiqəsinin PİN kodunu daxil etdikdən sonra qalan məlumatları PİN kod əsasında sistem özü dolduracaq: «Yeni sistem vaxta qənaət etməyə imkan yaradacaq. Nəticədə bir neçə dəqiqəyə qeydiyyat həyata keçiriləcək. Hüquqi şəxslərin elektron qeydiyyatı ölkədə kommersiya hüquqi şəxslərin 85%-ni əhatə edir».

Qeyd edək ki, hüquqi şəxslərin elektron qeydiyyatının tətbiqi ilə əlaqədar olaraq ölkə qanunvericiliyinə - iki qanun və iki məcəllədə dəyişikliklər edilib. Elektron qeydiyyat üçün dövlət rüsumu ləğv edilib, elektron qeydiyyat zamanı nizamnamə kapitalının dərhal ödənilməsinə də ehtiyac qalmayıb. Təsisçilərə 3 ay ərzində nizamnamə kapitalı banklar vasitəsilə ödənilə bilər.

Tədbirdə o da vurğulanıb ki, digər birgə müəssisələr və xarici vətəndaşlar tərəfindən təsis olunan müəssisələr də yaxın gələcəkdə elektron qeydiyyatından keçəcəklər.
 
Seymur




Baxış sayı: 1434

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024