12px13px15px17px
Tarix:08/02/12

Azərbaycan haqqında yanlış məlumatlar Eurovision.tv saytından çıxarılıb

«Eurovision.tv saytında Azərbaycanla bağlı bir müddət əvvəl materialla tanış olduqda bəzi məqamlar bizi də qane etmədi və bununla bağlı məsul şəxslərlə danışdıq.
 
Təbii ki, onlar bizimlə razılaşdılar. Bir həmkar kimi onlar bizim bu və ya digər müraciətlərimizə hər zamankı kimi adekvat reaksiya verdilər. Nəticədə tarixi həqiqətləri əks etdirməyən həmin məqam saytdan çıxarılıb. Çox qısa vaxtda saytda bütün istifadəçilər ölkəmiz haqqında daha mükəmməl yazını oxuya biləcəklər».

Bunu Lent.az-a “Eurovision -2012” mahnı müsabiqəsinin İşçi Qrupunun PR və kommunikasiya rəhbəri Tahir Məmmədov deyib. T.Məmmədov Eurovision.tv saytında bu cür informasiyaların yerləşdirilməsi ilə bağlı bunları deyib: “Bu, materialı hazırlayan müəllifin deyil, onun istinad etdiyi mənbənin səhvidir. Onlar isə bu məlumatları beynəlxalq ensiklopediya hesab olunan vikipediyadan götürürlər.

Bu cür məqamlardan müxtəlif yozumlu yazılar hazırlayan bəzi həmkarlarımız yaxşı olar ki, bircə dəfə vaxtlarını vikipediya kimi yanlış informasiyalarla dolu beynəlxalq ensiklopediyalardakı səhvlərin düzəldilməsinə sərf etsinlər. Bax, bu əsl Vətəndaş mövqeyi olardı».
Qeyd edək ki, Eurovision.tv saytında Azərbaycanın tarixi haqqında yanlış informasiyalar yerləşdirilmişdi.




Baxış sayı: 1297

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024