12px13px15px17px
Tarix:02/07/11

Azərbaycanda genişzolaqlı internetin inkişaf konsepsiyası qəbul ediləcək

Bu ay Azərbaycanda "2011-2013-cü illər üçün genişzolaqlı internetin inkişaf konsepsiyası" qəbul ediləcək. Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin sözlərinə görə, hazırda digər dövlət orqanları ilə konsepsiyanın razılaşdırılması məsələsi həll olunur. Onların təklifləri əsasında konsepsiyanın son variantı formalaşdırılacaq. Strategiyada göstərilən mühüm aspektlərdən biri də simsiz “Wi-Fi”-nin həm paytaxtda inkişaf etdirilməsi, həm də infrastrukturunun genişləndirilməsi və bu texnologiyanın bazası əsasında internet şəbəkəsindən pulsuz istifadə üçün xidmətlərin göstərilməsidir.
Genişzolaqlı internetin inkişaf konsepsiyası internet bazarın genişlənməsinə, respublikanın bütün ərazisi üzrə evdən qoşulmaların sayının artırılmasına yönəlib. Onun inkişafı internet tariflərinə də təsir edəcək. Onlar tədricən aşağı düşəcək. Yeni konsepsiya perspektivdə internet şəbəkəsindən istifadənin qiymətini iki dəfə azaltmağa imkan verəcək.



Baxış sayı: 983

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024