12px13px15px17px
Tarix:23/02/12

Britaniya həkimləri xəstələri mobil əlavələr vasitəsi ilə müalicə edəcəklər

“İCTnews” elektron xəbər xidməti “infox.ru” resursuna istinadən xəbər verir ki, rəsmi hökumət bəyanatına əsasən, Britaniya həkimləri xəstələri mobil əlavələr vasitəsi ilə müalicə edəcəklər. Belə ki, mobil əlavələr onlara öz xəstəliklərinə qalib gəlməyə kömək edəcək.

Səhiyyə naziri Endryu Lenslinin təqdim etdiyi siyahıda Milli səhiyyə xidməti tərəfindən tövsiyə edilmiş 500 mobil əlavə yerləşdirilib.

Tövsiyə edilmiş əlavələr sırasına, məsələn, qida məhsullarında allergenlərin mövcudluğunu müəyyən edən alət daxildir. Bu alət məhsulları təhlil etmir, sadəcə, qablaşdırmalarda ştrix-kodları yoxlayır və istifadəçiyə potensial təhlükəli inqrediyentlər haqqında xəbərdarlıq edir.




 
EMİL




Baxış sayı: 1227

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Aprel 2024

26 04 2024