12px13px15px17px
Tarix:17/02/17

Başlanğıc səviyyəli “HTC” smartfonlarının istehsalı dayandırılır

Son illər “HTC” smartfonlarının satış həcminin azalmasına görə Tayvan şirkəti artıq aparıcı istehsalçılardan hesab olunmur. Bu səbəbdən şirkət qəti tədbirlər görmək məcburiyyəti ilə üzləşib. “HTC” ötən ilin dördüncü rübü üçün hesabatını təqdim edən zaman 2017-ci ildən etibarən başlanğıc səviyyəli smartfonların buraxılışını dayandırmaq niyyətində olmasını açıqlayıb. Bunun əvəzində isə istehsalçı diqqətini yüksək rentabelli və yüksək gəlirli qurğulara yönəltməyi nəzərdə tutur. Bununla bağlı qəbul olunan qərarın məqsədi mobil bölmənin yenidən gəlirlə işləməsi ilə izah edilir.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, lakin başlanğıc səviyyəli smartfonların buraxılışının dayandırılması “HTC”-nin bundan sonra yalnız qabaqcıl modellər və bahalı qurğular istehsal edəcəyi demək deyil. Məsələn, ötən il yeni “U” istehsal xəttindən olan “U Ultra” və “U Play” smartfon modelləri nümayiş olunub. Cari ilin sonunadək şirkət daha dörd və ya beş yüksək rentabelli qurğu buraxmağı planlaşdırır. “Snapdragon 835” prosessoru ilə işləyəcək təsdiq edilmiş qabaqcıl modeldən başqa şirkətin istehsal baxımından iqtisadi səmərəli və böyük kapital qoyuluşu tələb etməyən bərabər xüsusiyyətlərə malik daha bir neçə orta sinifli smartfon istehsal edəcəyini ehtimal etmək olar.

Qeyd edək ki, hazırda “HTC” diqqətini şirkət üçün yeni olan virtual reallıq bazarına yönəldib. Ötən il şirkət yüksək xarakteristikalara malik “HTC Vive” virtual reallıq kaskasını təqdim edib. Yaxın vaxtlarda isə istehsalçının mobil həll təqdim edəcəyi gözlənilir. 

Nizam Nuriyev 




Baxış sayı: 420

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Fevral 2018

21/02/18
Bu il “ağıllı şəhər" texnologiyalarına investisiyalar 80 milyard dollara çatacaq

“Ağıllı şəhər” layihələrinin həyata keçirilməsi üçün artan marağın və texnologiyaların yayılmasının şahidi 

21/02/18
“Google” şirkəti “Google Pay” xidmətini təqdim edib

“Google” şirkəti “Android Pay” xidməti və “Google Wallet” pul kisəsini özündə birləşdirən “Google

21/02/18
Qeyri-adi pilotsuz uçan aparat yaradılıb (VİDEO)

Kanadanın “Cleo Robotics” şirkəti kompakt ölçüləri ilə seçilən və adi həvəskar kvadrokopterlərlə rəqabət 

21/02/18
On min il işləyəcək saatın inşasına başlanılıb

“Amazon” internet şirkətinin təsisçisi Ceff Bezos insan müdaxiləsi olmadan 10 min il işləyəcək mexaniki 

21/02/18
30 terabaytlıq bərkcisimli toplayıcı nümayiş olunub

“Samsung” şirkəti dünyanın ən tutumlu bərkcisimli toplayıcısını nümayiş etdirib. Diskin faktiki tutumu 30,72 

21/02/18
Tailand blokçeyn texnologiyasına əsaslanan eyniləşdirmə sistemini yaradacaq

Tailand İnformasiyalaşdırma Nazirliyi “Omise” şirkəti ilə birgə paylanmış reyestr texnologiyası əsasında 

21/02/18
Süni intellekt pasiyentin gözlərinə görə ürək-damar xəstəlikləri riskini proqnozlaşdırmağı öyrənib

“Google” və onun tibbi texnologiyalar üzrə ixtisaslaşmış “Verilu” adlı törəmə şirkətinin mütəxəssisləri 

20 02 2018

20/02/18
Bahalı televizorlar bazarında mövqeyi möhkəmlənən hansı şirkətdir?

Yüksək sinfə aid “OLED” televizorlarına artan tələbat 

20/02/18
BMT-nin Baş katibi kibermüharibələrlə qlobal mübarizə aparmaq üçün platforma yaratmağı təklif edib

Artıq bu gün dünyada dövlətlər arasında kibermüharibə elementləri müşahidə edilir.

20/02/18
Ötən il rekord sayda boşluq qeydə alınıb

2017-ci ildə rekord sayda boşluq aşkarlanıb. Ötən il ərzində ümumilikdə təhlükəsizlik üzrə ekspertlər 

20/02/18
Hava vasitəsilə enerji toplayan batareya yaradılıb

Massaçusets Texnologiya İnstitutunda çalışan alimlərin ixtirası akkumulyator və kənar enerji mənbələrindən 

20/02/18
Gələcək “iPhone” smartfonları ətraf mühiti skan edəcək

“Apple” şirkəti 2019-cu ildə “iPhone” smartfonlarının kamera imkanlarını genişləndirmək niyyətindədir. 

20/02/18
“Android” mobil əməliyyat sistemində ən çox resurs işlədən proqramlar bəlli olub

“Avast” antivirusunun yaradıcıları “Android” mobil əməliyyat sistemində ən çox resurs işlədən mobil proqramlar 

20/02/18
Yeni “Samsung” dronu gözlə idarə ediləcək

“Samsung” şirkəti yeni pilotsuz uçan aparatı qeydiyyatdan keçirib. Qurğunun çertyoju və funksionallığının 

20/02/18
“Windows” sistemində təhlükəli boşluq aşkar edilib

“Google”un proqramçıları “Project Zero” layihəsi çərçivəsində “Microsoft Edge” brauzerində bo